AZAL-ın Dubaya reyslərində xüsusi təklif
"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya elan edir.
Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-ə kimi olan uçuşlara aviabilet alarkən aviabiletin qiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.
Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti
yeməklərin tam çeşidi daxildir.
AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A319 və A320 laynerləri ilə həyata keçirilir.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl