Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avropa Bankında Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Bankında Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempinin 2,5% səviyyəsində olacağını proqnozlaşdırır.

Bankın "Regional Economic Prospects" adlı hesabatının sentyabr buraxılışında verilən məlumata görə, bu il ölkədə ÜDM istehsalı 3% azalacaq.

Bu proqnoz may ayında verilən proqnozla eynidir. Gələn il üzrə proqnoz isə may ayının gözləntisinə nisbətən 0,5 faiz bəndi azaldılıb.

AYİB hazırda davam edən COVID-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatına zərər verə biləcək əsas riskləri açıqlayıb. Məlumata görə, ölkə iqtisadiyyatı əsasən pandemiyanın yenidən aktivləşməsi və neft bazarının volatilliyi ilə bağlı olan mümkün davamlı aşağı neft qiymətlərinin risklərinə həssasdır.

Hesabatda qeyd edilib ki, xammalların ucuzlaşması karbohidrogen ixracatçısı olan Azərbaycana hiss olunacaq dərəcədə problemlər yaradıb və ölkənin müxtəlif mühüm maliyyə göstəriciləri profisitdən defisitə keçib.

APA

01.10.2020 12:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ