Sumqayıtın ən iri hoteli açılır
Avropanın məşhur hotel zincirlərindən biri olan “Selective Hotels Swiss” Azərbaycanda da fəaliyyətini rəsmiləşdirib.
Bu barədə hotelin satış və marketinq direktoru Elçin Rüstəmov məlumat verib.
Hotellər şəbəkəsi ilkin mərhələdə 3 hotellə fəaliyyətə başlayacaq. Buraya hazırda Bakıda fəaliyyət göstərən iki hotel – “Boutique Hotel Baku” və “Atropat Hotel”, həmçinin Sumqayıtda inşası davam edən və bu ilin sonuna ən yüksək dünya standartları ilə fəaliyyətə başlayacaq “Sumgayit Plaza Otel” daxildir.
88 otaqdan ibarət olan bu unikal və müasir dizaynlı hotel yalnız xidmətləri ilə deyil, eyni zamanda özünün böyük hovuzu, spa mərkəzləri, iki böyük restoranı, Sky Bar-ı ilə qonaqların tam rahatlığını təmin edəcək. Yanvar ayının 28 də təntənəli mərasimlə açılışı planlaşdırılan hoteldə hazırda son tamamlama işləri gedir.
“Sumgayit Plaza Otel” Sumqayıtın ən böyük oteli olacaq. Məkan olaraq niyə məhz Sumqayıtın seçilməsi gəlincə, Rüstəmov bildirib ki, bu şəhər son illər inkişaf tempinə görə diqqət çəkir: “Sumqayıtda açılmaqda olan və layihəsi planlaşdırılan şirkətlərin istər rəhbər heyyətinin, istərsə də əməkdaşlarının qonaqlaması üçün dünya standartlarında bir hotelin olması zəruri idi”.
Mənbə: Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 d. əvvəl
- 25 d. əvvəl
-
49 d. əvvəl
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb
- 50 d. əvvəl
-
54 d. əvvəl
Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Koroğlu” metrosunun çıxışında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub
- 3 saat əvvəl