Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sabah havanın temperaturu artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah havanın temperaturu artacaq

 Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən   verilən məlumata görə, sabah paytaxt və yarımadada bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Reklam_3_11

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 5-7dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3dərəcəyədək isti olacağı gözlənilir.

09.12.2016 10:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ