8 milyard manat qazanıb, 12,2 milyard manat xərcləyəcək - 4,2 MİLYARD MANATLIQ KƏSİR
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 1,2 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 168,4 milyon manat və ya 2,1 faiz çoxdur.
Marja xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair İzahatda bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri 12 milyard 220,5 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 189,5 milyon manat və ya 1,5 faiz azdır.
Beləliklə, Fond qazancından 4 milyard 219.3 milyon manat çox xərcləyəcəkdir, bu da Fondun aktivlərinin azalmasına səbəb ola bilər.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 200 milyon manat nəzərdə tutulur.
Mövcud iqtisadi şərait daxilində, cari ilin 30 noyabr tarixinə olan məlumata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə təxminən 2,46 faiz artaraq 6,4 milyard ABŞ dollarına, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz azalaraq 43 milyard ABŞ dollarına bərabər olmuşdur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
-
1 saat əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir










.png)













