Ədliyyə Nazirliyi tərəfindən İcra Məcəlləsi hazırlanıb
"Ötən il icraatda 910 mindən artıq icra sənədi oxunub. 2019-cu illə müqayisədə bu, 49 min iş daha artıqdır. İşlərin təxminən 89-90%-i məhkəmələr tərəfindən qəbul edilən icra sənədləri idi”.
Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.
Onun sözlərinə görə, pandemiya ilə bağlı məhdudiyyətlər istər-istəməz müxtəlif sahələrə təsir edib:
“Məsələn, uşaqla ünsiyyətlə, yaxud mənzildən çıxarma və digər işlərlə bağlı icra məmurları tərəflərlə ünsiyyətdə olmalıdır. Bir məkanda 5 və ya 10 nəfərin bir yerə yığışması qadağan idi, SMS icazə tətbiq edilirdi, xüsusilə iri şəhərlərdə bir yaşayış məntəqəsindən digərinə getməklə bağlı məhdudiyyətlər var idi, Bu da istər-istəməz icraya mənfi təsirini göstərirdi, amma müəyyən çıxış yolu axtardıq. Bəzi işlər, məsələn, uşaqla ünsiyyət vəziyyətə uyğun video-formata keçirildi. Ödəniş imkanlarının genişləndirilməsi üçün xeyli işlər görüldü, elektron icra platformasında “ASAN ödəniş” imkanı oldu. 2019-cu illə müqayisədə daxil olan müraciətlərin sayı 24% azalıb”.
O qeyd edib ki, daim diqqət mərkəzində olan məsələlərdən biri də özəl icra institutunun yaradılması, alternativ icra mexanizmlərinin tətbiqidir:
“Bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədovun sərəncamı ilə bir neçə idarəni birləşdirən İşçi Qrupu yaradılıb. İşçi Qrupuna tapşırıq verildi ki, qısa müddət ərzində özəl icra haqqında qanun layihəsi işlənib hazırlansın. Artıq bu layihə hazırlanıb, hələ ki, razılaşma mərhələsindən keçəcək və daha da təkmil olacaq. Eyni zamanda, vahid normativ hüquqi aktın hazırlanması üzrə iş davam edir. Burada söhbət İcra Məcəlləsindən gedir. Bir neçə dövlət təşkilatından, qurumundan olan təkliflər də nəzərə alınıb. İdarənin strukturunda da xeyli dəyişiklik həyata keçirilib. İcra Baş idarəsində görülən işlərin davamı olaraq Kredit borcları şöbəsi yaradılıb. Həmin şöbə və 2019-cu ilin sonunda yaradılan Analitik nəzarət şöbəsi ilə komplektləşdirmə işləri görüldü. Kredit borcları ilə bağlı sənədlər işin böyük əksəriyyətini təşkil etdiyi üçün bu, yerində atılan addım idi. Yeni yaradılan Qarabağ regional idarəsində yerli icra qurumları da təsis edilib. Mövcud qurumlarda da əlavə ştatla bağlı təkliflər verilib. Bu qurumların komplektləşdirilməsinə də başlanılıb, ora əməkdaşlar təyin edilir. Elektron icra sistemində həmin qurumlarla əlaqədar müvafiq funksionallıqlar yaradılır”.
APA
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatları- TAM VERSİYA
-
6 saat əvvəl
"Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər"
-
7 saat əvvəl
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
"Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək" - ƏLİYEVDƏN SLOVAKİYADA BƏYANATLAR
Ən çox oxunanlar
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb
"Embawood" şirkətinə yeni baş direktor təyin edildi
"KƏPƏZ BOKT" istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
Nazirliyin tabeliyindəki 3 elmi istehsalat birliyi ləğv edilib
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
Azərbaycanda iki TV və internet porvayderi KATV1-ə birləşib





















.jpg)

.jpg)



