“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avropa Mərkəzi Bankının istiqraz bazarında gəlirliyə dair açıqlamalarından sonra avroya qarşı təzyiqlər artaraq, yenidən ucuzlaşmağa başlamışdır. Beləliklə, 1.20$-ın altında təklif edilən EURUSD məzənnəsi, 1.19$-ın qırılması ilə 1.1745$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq Amerika Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir. Amerika iqtisadiyyatı ilə bağlı yeni açıqlamalar EURUSD məzənnəsində trendin sürətlənməsi səbəb ola bilər.
GBP.
İngiltərənin sənaye sektoru ilə bağlı dərc edilən son mənfi göstəricilər, GBPUSD məzənnəsində də təzyiqləri artırmışdır. Burada da təhlillərə əsasən, 1.39$-ın qırılması ilə funt sterlinqin 1.3782$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Cümə axşamı saat 16:00-da isə İngiltərə Mərkəzi Bankı yeni faiz qərarını və proqnozlarını açıqlayacaqdır.
TRY.
Dünya birjalarında dollar indeksinin yüksəlməsi, özünü USDTRY məzənnəsində də göstərməkdədir. Lakin təsir məhdud qalmaqdadır, çünki cümə axşamı saat 15:00-da dərc ediləcək Türkiyə Mərkəzi Bankı tərəfindən də açıqlanacaq faiz qərarında, 18%-a kimi artım ehtimal edilir. Faiz artımı daha çox olarsa, lirədə növbəti bahalaşma - USDTRY məzənnəsində yeni ucuzlaşma dalğası başlaya bilər.
OIL.
Beynəlxalq enerji birjalarında Brent neftinin bir barel qiyməti 71 - 67$ aralığında dalğalanmaqdadır. Qiymət dəhlizinin gələcək günlərdə də 65$-a kimi genişlənməsi şərtilə qorunacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
İnflyasiyaya dair son göstəricilərin zəif qalması, əlvan metallar bazarlarında da korreksiyalara səbəb olur. Lakin yumşaq fiskal və monetar siyasətlərin genişləndirilməsi gözləntiləri, qiymətlərə növbəti dəstəyi verə bilər. Hazırda 1723$-a (55.4 $/qram) təklif edilən bir unsiya üzrə qiymət üzrə 1700$ (54.5 $/qram) dəstəyi qorunacağı təqdirdə, yeni bahalaşma dalğasının fonunda ehtimallar yüksəkdir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 d. əvvəl
-
20 d. əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
26 d. əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
31 d. əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
53 d. əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu



















