“Atəşgah” Sığorta Şirkətinin topladığı sığorta haqları kəskin azalıb - MALİYYƏ VƏZİYYƏTİ
“Atəşgah” Sığorta Şirkəti 2020-ci ili 3 milyon 349 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2019-cu ili 1 milyon 178 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Atəşgah” Sığorta Şirkətinin xalis mənfəəti 2,8 dəfə artıb. Artımın səbəbi Şirkətin yığımlarının artırılması deyil, xərclərinin gəlirlərindən daha çox azaldımasıdır.
Marja şirkətin maliyyə heabatlarına istinadən xəbər verir ki, “Atəşgah” Sığorta Şirkətinin 2019-cu ildə 39 milyon 48 min manat təşkil etmiş cəmi gəlirləri 2020-ci ildə 32 milyon 661 min manata geriləyib (6 milyon 387 min manat və ya 16,3% azalıb). Şirkətin cəmi xərcləri isə 37 milyon 576 min manatdan 28 milyon 696 min manata düşüb (8 milyon 879 min manat və ya 23,6% azalıb).
2019-cu illə müqayisədə 2020-ci ildə “Atəşgah” Sığorta Şirkətinin topladığı sığorta haqları 11 milyon 571 min manat və ya 31,4% azalaraq 25 milyon 309 min manat təşkil edib. Şirkət 2019-cu ildə 36 milyon 880 min manat sığorta haqları toplamışdı.
2019-cu illə müqayisədə 2020-ci ildə “Atəşgah” Sığorta Şirkətinin həyata keçirdiyi sığorta ödənişləri isə 4 milyon 839 min manat və ya 25,2% azalaraq 14 milyon 323 min manat olub. Şirkət 2019-cu ildə 19 milyon 162 min manat sığorta ödənişləri həyata keçirtmişdi.
“Atəşgah” Sığorta Şirkəti təkrarsığortaya verilmiş sığorta haqları üzrə və işlərin aparılması üzrə xərclərini azaldıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















