“Atəşgah Həyat”ın xalis mənfəəti azalıb – MALİYYƏ VƏZİYYƏTİ
“Atəşgah Həyat” Sığorta Şirkəti 2020-ci ili 4 milyon 986 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkət 2019-cu ili 6 milyon 961 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Atəşgah Həyat”ın xalis mənfəəti 1 milyon 975 min manat və ya 28,4% azalıb. Azalmanın əsas səbəbi sığorta ödənişlərinin artması ilə əlaqədar olaraq xərclərin artmasıdır.
Marja şirkətin maliyyə heabatlarına istinadən xəbər verir ki, “Atəşgah Həyat” Sığorta Şirkətinin 2019-cu ildə 36 milyon 942 min manat təşkil etmiş cəmi əməliyyat gəlirləri 2020-ci ildə 73 milyon 878 min manata yüksəlib (2 dəfə artıb). Artım əsasən xalis sığorta ehtiyatlarının müsbətə dəyişməsindən qaynaqlanır.
“Atəşgah Həyat” Sığorta Şirkətinin cəmi əməliyyat xərcləri isə 2019-ci ildə 28 milyon 240 min manat ikən, 2020-ci ildə 67 milyon 646 min manat təşkil edib (2,4 dəfə artıb). Artım sığorta ödənişləri ilə bağlıdır.
2019-cu illə müqayisədə 2020-ci ildə “Atəşgah Həyat ” Sığorta Şirkətinin topladığı sığorta haqları 2 milyon 635 min manat və ya 6,7% artaraq 41 milyon 839 min manata yüksəlib. Şirkət 2019-cu ildə 39 milyon 204 min manat sığorta haqları toplamışdı.
2019-cu illə müqayisədə 2020-ci ildə “Atəşgah Həyat” Sığorta Şirkətinin həyata keçirdiyi sığorta ödənişləri isə 3,1 dəfə artaraq 60 milyon 148 min manat təşkil edib. Şirkət 2019-cu ildə 19 milyon 362 min manat sığorta ödənişləri həyata keçirmişdi.
Ötən il “Atəşgah Həyat” Sığorta Şirkətinin cəmi gəlirlərinin 27 milyon manatı xalis sığorta ehtiyatlarının müsbətə dəyişməsi hesabına formalaşıb.
“Atəşgah Həyat”da işlərin aparılması xərcləri azalaraq 2019-cu ildəki 7 milyon 124 min manatdan 2020-ci ildə 4 milyon 929 min manata düşüb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















