"Unibank Mobile"ın bir sıra yeni xidmətləri istifadəyə veriləcək
Unibank Mobile-ı mobil telefonunza yükləyəndən sonra, son 1 ildə həyatınızda bu dəyişikliklər oldu:
- Daha kredit ödənişləri, kart sifarişləri üçün banka getmirsiniz;
- Kommunal ödənişlər üçün işdən qaranəfəs çıxıb ödəmə terminalı axtarmırsınız;
- Bayram günləri rayondakı qohumunuza pul göndərmək üçün avtovağzalda tanış sürücü axtarmırsınız;
- Telefonda konturunuz bitəndə kontur almaq üçün köşk axtarışına çıxmırsınız;
- Növbələrdə saatlarla vaxt itirmirsiniz;
- İnternetiniz, işığınız, qazınız kəsilmir;
- Hər ay rutin işlərə, növbələrə sərf etdiyiniz dəyərli vaxtınızı daha vacib işlərə sərf edirsiniz.
50-dən artıq xidmət və məhsulları ilə həyatımızı asanlaşdıran Unibank Mobile-ın 1 yaşı oldu. Deloitte & Touche LLC şirkəti tərəfindən MDB-nin ən mükəmməl mobil əlavələrindən biri seçilən Unibank Mobile, bu gün öz müştərilərinə banka gəlmədən, bank xidmətlərinin 90%-dən istifadə imkanı verir.
Ötən 1 il ərzində Unibank Mobile hansı inkişaf yolu keçdi?
-Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadə mümkün oldu.
-2016-cı ilin nəticələrinə görə,Deloitte & Touche LLC şirkəti tərəfindən MDB –də ən yaxşı mobil əlavələrdən biri,Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidməti seçildi.
-Mobil əlavə ilə bank əməliyyatlarının çoxu komissiyasız oldu.
-Mobil əlavənin planşet versiyası yaradıldı.
-Ailə üzvlərinin və dostlarının kreditini ödəmək funksiyası əlavə edildi.
-Onlarla müştəri Unibank Mobile-dan istifadəyə görə keçirilən lotereya çərçivəsində qiymətli hədiyyələr qazandılar.
-Müştəriyə banka gəlmədən, öz smartfonundan kredit və kart sifarişi imkanı yaradıldı.
-Azərbaycan mobil bankçılığında ilk dəfə müştəriyə menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləmək imkanı verildi.
-Mobil bankçılıqda ilk dəfə olaraq bank hesabını bilmədən, yalnız telefon nömrəsinə əsasən “Dosta köçürmə” xidməti istifadəyə verildi.
-İpoteka və DYP cərimələrinini ödəmək üçün “Hökumət ödənişləri” bölümü yaradıldı.
-Fərdi sahibkarların işini xeyli asanlaşdıran və 24/7 bank xidmətlərinə çıxış imkanı verən Unibank Mobile BUSİNESS əlavəsi istifadəyə verildi.
Yaxın aylarda Unibank Mobile-ın bir sıra yeni xidmətləri də müştərilərin istifadəsinə təqdim ediləcək.
-Unibank Mobile xidmətinə 3 cür qoşulma mümkündür:
-Bank kartınızın son 8 rəqəmi və mobil nömrənizi daxil etməklə;
-Bankın filiallarında qeydiyyatdan keçməklə;
-ASAN İmza ilə qeydiyatdan keçməklə
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile –Bankdan daha yaxın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
7 d. əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
23 d. əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 35 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank rəqəmsal valyutanın tətbiqi üzrə yol xəritəsi hazırlayır
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir"
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX






















