Neft yeni həftəyə bahalaşma ilə başladı - SON 3 İLDƏ ƏN YÜKSƏK QİYMƏT
Həftənin ilk əməliyyat gününüdə neft qiymətləri artıb.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 86 dolları da keçərək 86,01 dolları görüb. Bu da 2018 -ci ilin oktyabrından bəri ən yüksək qiymətdir.
Bakı vaxtı ilə saat 07:30-da Brent nefti 1,3% bahalaşma ilə 85,91 dollardan, ABŞ xam nefti isə 1,6% bahalaşma ilə 85,91 dollardan ticarət olunub. ABŞ xam neftinin qiyməti, 2014 -cü ilin oktyabrından bəri ən yüksək göstəricidir.
Hasilatın tələbi ödəməməsi, qaz və kömür qiymətlərinin artması ilə başlamış enerji böhranı, bunun nəticəsində elektrik enerjisi staansiyalarının neftə tələbatlarının artması, bazalarda ehtiyatların azalması neft qiymətlərinin yüksəlməsinə səbəb olur.
Ölkə iqtisadiyyatları COVİD-19 pandemiyasından xilas olmağa davam edərkən, elektrik enerjisi istehsalçıları bahalı qaz və kömür ilə əlaqədar olaraq mazuta və dizelə keçiblər. Bu istehsalçıların alışları artırması qiymətləri dəstəkləyir.
Hər iki neft növü keçən həftə ən azı 3% bahalaşıblar.
Analitikləri bildirir ki, Dünyadakı məhdudiyyətlərin yumşaldılması, ehtimal ki, yanacaq istehlakının bərpasına çox kömək edəcək.
Yalnız enerji istehsalı üçün qazdan neftə keçid dördüncü rübdə tələbatı gündəlik 450 min barel artıra bilər.
Hazırda bağlı olan sərhədlərin açılacağı və səyahətlərin artacağı barədə xəbərlər təyyarə yanacağınə tələbatın artmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
-
14 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
47 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub























