Vahid Ələkbərov 3,5 milyard dollar itirib
Ən varlı rusların sərvəti 2022-ci ildə 32 milyard dollar azalıb - BloombergRusiyanın 23 ən varlı iş adamının sərvəti Ukraynada münaqişənin kəskinləşməsi fonunda 32 milyard dollar azalıb.
Marja xəbər verir ki, “Bloomberg”in materiallarına əsasən, “Sibur” və “Novatek”in direktorlar şurasının üzvü, 2022-ci ildə sərvəti təxminən üçdə bir azalmış Gennadi Timçenko ən yoxsul rus milyarderləri siyahısına başçılıq edir.
Milyarderlər İndeksinə (Bloomberg Billionaires Index) görə, ilin əvvəlindən bu yana “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson 6,2 milyard, “Lukoyl”un prezidenti Vahid Ələkbərov isə 3,5 milyard dollar itirib.
Ümumilikdə Rusiyanın 23 ən varlı adamının sərvəti 2021-ci ilin sonundakı 375 milyard dollardan 343 milyard dollara qədər azalıb.
2012-ci ilin mart ayından etibarən Bloomberg Xəbər Agentliyi planetin 500 ən varlı adamının sərvəti haqqında məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir.
Fevralın 22-də Böyük Britaniyanın baş naziri Boris Conson Londonun “Rossiya Bank”, “Promsvyazbank”, “SC Commercial Bank Industrial Savings Bank”, “Genbank” və “Qara Dəniz İnkişaf Bankı”nın aktivlərini donduracağını açıqlayıb. Gennadi Timçenko, Boris və İqor Rotenberq şəxsi sanksiyalara məruz qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
1 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Ən çox oxunanlar
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti






.jpg)








.jpg)









