"Azərsun Holdinq"ə daxil olan bankın xalis mənfəəti 4 dəfəyə yaxın artıb

Azərbaycanda iri qida istehsalçısı "Azərsun Holdinq"ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC 2022-ci ilin 1-ci rübünü 1 milyon 569 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 2021-i ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 3,8 dəfə artıb. Bank 2021-ci ilin yanvar-mart dövrünü 416 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin ilk rübündə Bankın cəmi faiz gəlirləri 7 milyon 325 min manat ikən, 2022-ci ilin ilk rübündə 6 milyon 97 min manat təşkil edib. “Azərbaycan Sənaye Bankı”nın qeyri-faiz gəlirləri isə 1 milyon 474 min manatdan 1 milyon 595 min manata yüksəlib.
XƏRCLƏRİ AZALIB, ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin ilk rübündə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 7 milyon 692 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 6 milyon 369 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 297 min manat təşkil edib. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 642 min manat mənfəətə əlavə edilib və mənfəət 1 milyon 940 min manaat yüksəlib. İlk rübdə "Azərbaycan Sənaye Bankı" 371 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq, 2021-ci ilin ilk rübündə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri 8 milyon 798 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 127 min manat, əməliyyat mənfəəti 672 min manat təşkil etmişdi. Bank 155 min manat ehtiyata ayırmış, 101 min manat mənfəət vergisi ödəmişdi.
Bankın faizlər və onlara bağlı xərcləri 2021-ci ilin ilk rübündəki 4 milyon 522 min manatdan 2022-ci ilin ilk rübündə 2 milyon 710 min manata düşüb.
Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəətinin artması faiz xərclərinin azalmasından və ehtiyatdan azad olmuş vəsaitdən qaynaqlanır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2022-ci il tarixində “Azərbaycan Sənaye Bankı” 810 milyon 568 min manat cəmi aktivlərə, o cümlədən 253 milyon 232 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Aktivlərin 431 milyon 991 min manatını banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər təşkil edib.
Xatırladaq ki, 31 Dekabr 2021-ci il tarixində “Azərbaycan Sənaye Bankı” 812 milyon 561 min manat cəmi aktivlərə, o cümlədən 243 milyon 593 min mantat kredit portfelinə malik idi. Aktivlərin 467 milyon 295 min manatını banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər təşkil etmişdi.
Ötən ilin sonunda Bankın depozit portfeli 514 milyon 382 min manat ikən, 31 Mart 2022-ci il tarixində 507 milyon 933 min manat təşkil edib.
31 Mart 2022-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC 102 milyon18 min manat məcmu kapitala malik olub.
"Azərbaycan Sənaye Bankı"nın səhmdarları "Anadolu Investment Company" (98.42%), Gozal Kurt Leyla 1% və "Azerbaijan Industry Leasing"dir (0.58%).
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
5 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
5 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
6 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
