İcmal büdcədə profisit yaranıb
2021-ci ildə icmal büdcədə profisit yaranıb.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda bildirilir ki, 2021-ci ilin icmal büdcəsi 7335,3 milyon manat kəsirlə (defisitlə) proqnozlaşdırılsa da, faktiki olaraq 3913,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 12036,1 milyon manat kəsir qeydə alınıb ki, bu da 2021-ci ilin ÜDM-nin 13,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,4 faiz-bənd azdır.
İcmal büdcənin gəlirləri proqnozlaşdırılandan 10 milyard manat çox olub
İcmal büdcənin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası açıqlanıb. Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Hesabatda bildirilir ki, 2021-ci il icmal büdcənin gəlirləri 23 milyard 828,1 milyon manat proqnoza qarşı 10 milyard 75,6 milyon manat (42,3 faiz) çox icra edilməklə, 33 milyard 903,7 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 9 milyard 438,5 milyon manat və ya 38,6 faiz çoxdur. İcmal büdcənin xərcləri 31 milyard 163,4 milyon manat proqnoza qarşı 29 milyard 990,5 milyon manat və ya 96,2 faiz icra edilib ki, bu da 2020-ci illə müqayisədə 830,4 milyon manat və ya 2,8 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5 milyard 146,0 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5 milyard 178,0 milyon manat və ya 100,6 faiz icra olunub ki, bu da 2020-ci ilə nisbətən 429,7 milyon manat və ya 9,0 faiz çoxdur.
Fondun gəlirlərinin 25,3 faizini və ya 1 milyard 307,4 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait (2020-ci ilə nisbətən 129,5 milyon manat və ya 11,0 faiz çox), 74,2 faizini və ya 3 milyard 843,4 milyon manatını (2020-ci ilə nisbətən 290,3 milyon manat və ya 8,2 faiz çox) məcburi dövlət sığorta haqlarından daxilolmalar və 0,5 faizini və ya 27,0 milyon manatını sair daxilolmalar təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5 milyard 146,0 milyon manat göstəricisinə qarşı 4 milyard 843 milyon manat və ya 94,1 faiz icra olunmuşdur (2020-ci illə müqayisədə 131,9 milyon manat və ya 2,8 faiz çox).
İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 157,8 milyon manat göstəricisinə qarşı 144,4 milyon manat və ya 91,5 faiz icra olunmuşdur.
Fondun gəlirlərinin 12,9 faizi və ya 18,6 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların sığorta ayırmalarının, 87,1 faizi və ya 125,8 milyon manatı sair daxilolmalar hesabına təmin edilib.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 157,8 milyon manat göstəricisinə qarşı 130,9 milyon manat və ya 83,0 faiz icra edilib (2020-ci illə müqayisədə 4,8 milyon manat və ya 3,8 faiz çox).
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 8 milyard 1,2 milyon manat göstəricisinə qarşı 15 milyard 949,3 milyon manat və ya 2,0 dəfə çox olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11 milyard 360,2 milyon manat icra edilib ki, bu təsdiq olunmuş göstəriciyə qarşı 860,3 milyon manat və ya 7,0 faiz azdır.
Fondun xərclərinin 11 milyard 350 milyon manatını və ya 99,9 faizini dövlət büdcəsinə transfert (nəzərdə tutulandan 850,0 milyon manat az), 10,2 milyon manatını və ya 0,1 faizini isə (nəzərdə tutulandan 10,3 milyon manat az) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyə təminatı təşkil edir. 2021-ci ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə əlavə daxilolmalar və xərclər üzrə ilin sonuna gözlənilən qənaət hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850,0 milyon manat az istifadə olunub.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 506,5 milyon manat proqnoza qarşı 523,7 milyon manat (17,2 milyon manat və ya 3,4 faiz çox) olmuşdur ki, bu da 2020-ci illə müqayisədə 35,8 milyon manat və ya 7,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 522 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 33,0 milyon manat və ya 6,7 faiz çoxdur.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
11 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
11 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
12 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
13 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür















.jpg)


