İşçi və baş direktor maaşları arasındakı fərq daha da artıb
Son araşdırmaya görə, ABŞ-da bu iki seqment arasında əmək haqqı fərqi 2021-ci ildə daha da artıb. İşçi və baş direktor maaşları arasındakı fərq 604 dəfədən 670 dəfəyə yüksəlib.
Siyasət Tədqiqatları İnstitutunun (IPS) dərc etdiyi araşdırmaya görə, ABŞ-ın ən aşağı maaş verən və açıq səhmdar cəmiyyət olan 300 şirkətdə işçilər və baş direktorların maaşları arasında fərq 2021-ci ildə daha da genişlənib.
Marja.az tədqiqata istinadən xəbər verir ki, maaş fərqi bir il ərzində orta hesabla 604 dəfədən 670 dəfəyə yüksəlib, fərq isə 49 şirkətdə 1000 dəfədən çox olub.
Sorğuda iştirak edən şirkətlərdə Baş direktorun orta maaşı ildə 2,5 milyon dollar artaraq 10,6 milyon dollara, işçilərin orta əmək haqqısı isə ildə cəmi 3556 dollar artaraq 23 min 968 dollara yüksəlib.
Şirkətlərin maaş artımlarının inflyasiyadan aşağı olması və aşağı maaşlar son zamanlar işçiləri daha yaxşı maaş, daha yaxşı iş şəraiti və ya iş-həyat balansı axtarışında yeni davranışlara sövq edib. “Böyük istefa” kimi tanınan dalğada son bir il ərzində çoxlu sayda işçi şirkətlərini tərk etməyə başlayıb.
PwC şirkətinin mart ayında keçirdiyi qlobal sorğuya görə, hər 5 işçidən 1-i növbəti 12 ay ərzində iş yerini dəyişmək ehtimalının olduğunu bildirib.
Digər tərəfdən, COVID-19 pandemiyasından sonra investorlar şirkətlərin işçiləri ilə necə rəftar etdiyi ilə daha çox maraqlanmağa başladılar. İş şəraiti ilə bağlı neqativ xəbərlər səbəbindən birjada bir çox şirkətin səhmlərinə ziyan dəyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat sonra
-
34 d. əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
2 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
3 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
3 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
4 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Ən çox oxunanlar

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
