Dünyada milyonerlərin sayı artacaq
Ukraynada davam edən müharibəyə və Dünyada yüksək inflyasiyaya baxmayaraq, qlobal miqyasda milyonçuların sayının artacağı gözlənilir. Milyonerlərin sayının ən çox Çində artacağı bildirilir.2022-ci ildə də dünyada gəlir bərabərsizliyi artarkən, yaxın 5 ildə milyonçuların sayının 40 faiz artacağı gözlənilir.
Marja.az Credit Suisse Group-un Qlobal Sərvət Hesabatına istinadən xəbər verir ki, sərvətləri 1 milyon dollardan çox olan milyonçuların sayı 2026-cı ilə qədər 87,5 milyonu keçəcək. 2021-ci ildə bu rəqəm 62,5 milyon olub. Hesabatda xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında milyonçuların sayının artacağı, Çində isə milyonerlərin sayının iki dəfə artacağı proqnozlaşdırılır.
Dünyanın ən varlı 500 adamının sərvəti ilin ilk yarısında 1,4 trilyon dollar azaldığı halda, Credit Suisse xüsusilə inkişaf etməkdə olan bazarlarda sürətli canlanma gözləyir. Pandemiya səbəbindən Çin iqtisadiyyatının yavaşlamasına baxmayaraq, bank ölkədə varlı insanların sayının artacağını nəzərdə tutur.
Hesabatda "İnflyasiya və Rusiya-Ukrayna müharibəsi kimi mənfi təsirlərə baxmayaraq ümumi qlobal sərvətin artacağına inanırıq. Çində ailələrin sərvətinin artacağını düşünürük",- bildirilir.
Credit Suisse Group 2026-cı ilə qədər şəxsi sərvətin 36 faiz artaraq 169 trilyon dollara çatacağını proqnozlaşdırıb. Hesabatda sərvəti 50 milyon dollardan çox olan “ultra varlı şəxslər”in sayının 385 minə çatacağı bildirilib.
Bank pandemiya dövründə itkilərə məruz qalan və sərvəti azalan inkişaf etməkdə olan bazarların ötən il yenidən sürətləndiyini və yaxın 5 ildə inkişaf etmiş ölkələrlə fərqi bağlayacağını proqnozlaşdırıb. Hesabata görə, inkişaf etməkdə olan ölkələrdə sərvət hər il 10 faiz, inkişaf etmiş ölkələrdə isə 4,2 faiz artacaq.
2021-ci ildə qlobal sərvət 2020-ci ilə nisbətən 9,8 faiz artaraq 463,6 trilyon dollara çatıb ki, bu da əsrin əvvəlindən bəri ən yüksək artımdır. Ev təsərrüfatlarının sərvətində ən zəngin 1 faizin payı 46 faiz təşkil edib. Ən çox "ultra varlı" sayına sahib ölkə 140 min ilə ABŞ və 32 min 710 ilə Çindir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
15 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















