Varlılardan əlavə vergilər alınacaq
İspaniyanın maliyyə naziri Maria Jesus Montero Rusiya-Ukrayna müharibəsi ilə başlayan yüksək inflyasiya və enerji böhranı problemlərinə qarşı varlılardan əlavə vergilərin alınması üçün işə başladıqlarını bildirib.
Marja xəbər verir ki, Montero parlamentdə jurnalistlərə deyib: "Biz yüksək gəlirli və enerji şirkətləri kimi fövqəladə qazanc əldə edənlərdən daha çox vergi istəməliyik", deyib.
Koalisiya hökumətinin kiçik tərəfdaşı olan ultra solçu Unidas Podemos ittifaqının tələb etdiyi "varlılardan daha çox vergi yığmaq" işinin davam etdiyini qeyd edən Montero, müvəqqəti əlavə vergilərin 1 yanvar 2023-cü il tarixindən etibarən qüvvəyə minməsinin nəzərdə tutulduğunu söyləyib.
İspaniyanın yaşadığı iqtisadi problemlər ilə əlaqədar olaraq vergi məsələsi gündəmdə olsa da, ölkədəki 17 muxtar hökumətin yerli hökumətləri son günlər fərqli vergi endirimi qərarları verir.
Mərkəzi hökumət isə “vergi məsələlərinin dövlət siyasəti olmalıdır” fikrini irəli sürür və yerli hökumətlərdə, xüsusən də müxalifətdəki sağ partiyaların hakimiyyətdə olduğu yerlərdə qəbul edilən maliyyə qərarlarını tənqid edir.
Hökumət bu həftənin əvvəlində təbii qaz üçün ƏDV-ni 21 faizdən 5 faizə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI





















