4 faydalı qazıntı yatağı satışa çıxarılacaq - QİYMƏTLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən noyabrın 11-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaydığı məlumatda bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı, Balakən rayonu “Təpəçöl” gil yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı və 6 lot üzrə Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı satışa çıxarılacaq.
Başlanğıc qiyməti 2400- 40 865 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)







.jpg)
