Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda 75 manat olan dərman Türkiyədə 14 manatadır - Foto

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 75 manat olan dərman Türkiyədə 14 manatadır - Foto
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sosial şəbəkələrdə daha bir dərmanın qiymətinin qalxması müzakirələrə səbəb olub. Bildirilib ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuzdur. 

Diabet xəstələrinin müalicəsində istifadə olunan dərmanın bir qutusu Türkiyədə 153,51 TL-yə ( 13 manat 99 qəpik) satılır. Yəni Bakıda bir qutuya verəcəyimiz pulla qardaş ölkədə təxminən 5 qutu dərman almaq mümkündür. 

Reklam_3_11

Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında da dərmanların qiyməti müzakirə olunub. Deputat Rəşad Mahmudov və Razi Nurullayev apteklərdə bəzi dərman preparatlarının tapılmaması və ya qiymətlərinin artması məsələsinə münasibət bildiriblər. Onlar deyib ki, bu vəziyyət həm həkimlərə, həm də pasiyentlərə çətinlik yaradır. Razi Nurullayevin sözlərinə görə, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: "Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur".

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© “Qafqazinfo”

06.12.2022 16:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18