Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bestcomp Group" şirkəti Nazirlikdən 39 milyon manatlıq sifariş aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bestcomp Group"  şirkəti Nazirlikdən 39 milyon manatlıq sifariş aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı əsaslı Tikinti və Təchizat İdarəsi "Kompüter və noutbukların satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

Marja.az xəbər verir ki, tenderin qalibi "Bestcomp Group" QSC-dir.

Reklam_3_11

İdarə "Bestcomp Group" şirkəti ilə məbləği 39 milyon 412 min 431 manat olan müqavilə imzalayıb. 

1998-ci ildən fəaliyyət göstərən və qabaqcıl istehsalçıların rəsmi tərəfdaşı olan "Bestcomp Group" şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. 8 milyon 962 min 330 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Həmçinin, Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı əsaslı Tikinti və Təchizat İdarəsi "Ümumtəhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

Tenderin qalibi "Simplex" QSC-dir.

İdarə "Simplex" şirkəti ilə məbləği 6 milyon 784 min 911.31 manat olan müqavilə imzalayıb. 

2015-ci ildən fəaliyyət göstərən "Simplex" QSC sadə karandaşdan, mürəkkəb İT avadanlıqlarına qədər məhsul və xidmətlərin tədarükü üzrə ixtisaslaşıb. 2 min manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur.  

Simplex Bestcomp tender Həsənov Fərid Fətullayev Elmir
08.12.2022 07:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18