"Azərbaycanda smartfonların qiyməti Avropadan çox bahadır" - DEPUTAT
"Azərbaycanda smartfonların qiyməti Avropadan çox bahadır"“Azərbaycanda smartfonların qiyməti Avropa və Dubayla müqayisədə çox bahadır”.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, xaricdə bu telefonların qiyməti 900-1000 dollardısa, Azərbaycanda qiymət 1500 dollardan başlayır:
“Qiymət qalxsın 50-100, 200 dollar. Birdən-birə bu qədər baha olmasına görə dələduzlar da İMEİ kodun dəyişdirilməsi kimi yollara əl atırlar. Ölkəyə gətirilən telefonların üzərinə İMEİ kodların qeydiyyatı üçün əlavə də 150 manat gəlir. Bu 150 manat rüsumu azaldaq ki, insanlara da yük olmasın. Aidiyyəti qurumlar bu məsələyə həssas yanaşmalıdır”.
Naqif Həmzəyev İstanbul Hava Limanında üzləşdiyi mənzərə barədə də danışıb:
“Məni ən çox narahat edən məqamlardan biri də budur ki, İstanbul hava limanında biz Bakıya, Gəncəyə uçanda vətəndaşlarımız bir-biri yaxınlaşıb, deyirlər ki, xahiş edirəm bu telefonu keçir. İnsanın özü də utanır. Deməli, bu insanları biz məcbur etmişik ki, belə bir vəziyyət yaranıb. Qiymətləri aşağı salmaq, nəzarət etmək lazımdır. Qoy telefon ölkəyə gətirilərkən qiyməti 200 dollar artsın, 200 dollar qazansınlar. Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər? İnsanları da düşünsünlər”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























