Müharibədən əziyyət çəkmiş 3600 nəfərə psixoloji yardım göstərilib
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq və psixoterapevtlər Azərbaycana gəlmiş və müharibədən zərər çəkmiş qazilərə, vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə peşəkar dəstək göstərməkdə davam edirlər. İndiyədək 3600 qazi, müharibə iştirakçısı və şəhid ailələri göstərilən psixoloji dəstəkdən yararlanmışdır.
(®) Vətən müharibəsinin acı nəticələrindən biri müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji problemlərdən əziyyət çəkmələridir. Bu istiqamətdə ölkə başçısının xüsusi həssaslığını və tapşırıqlarını nəzərə alaraq psixoloji reabilitasiyanın daha səmərəli təşkil olunması üçün 2 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq və psixoterapevtlər Azərbaycana gəlmiş və müharibədən zərər çəkmiş qazilərə, vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə peşəkar dəstək göstərməkdə davam edirlər.
Türkiyədən Azərbaycana gələn psixoloq heyətinin rəhbəri, psixoloq, sosioloq Selçuk Demirbaşın verdiyi məlumata əsasən, sözügedən layihə çərçivəsində toplam olaraq 3600 qazi, müharibə iştirakçısı və şəhid ailələri göstərilən psixoloji dəstəkdən yararlanmışdır. Xüsusilə posttravmatik stress pozuntusunun müalicəsi nəticəsində 400-ə yaxın müharibədən zərərçəkən şəxs xüsusi kritik vəziyyətdən xilas olunmuş, ümumi müraciətçilərin 90%-nin peşəkar psixoloq və psixoterapevtlərin dəstəyi ilə psixoloji sağlamlığının tam bərpasına nail olunmuşdur.
44 günlük Vətən müharibəsi dövründən sonra FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq tərəfindən həyata keçirilən və artıq 2 hissədə baş tutan layihə ərzində ümumi olaraq 8000 seans keçirilmişdir. Layihənin ilk hissəsində 4500 seans sayəsində 2200 nəfər, ikinci hissəsi ərzində isə 3500 seans həyata keçirilmiş və 1400 nəfər sağlamlığına yenidən qovuşmuşdur.
2-ci Qarabağ müharibəsindən sonra ölkəmizdə həyata keçirilən layihə artıq Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə, Quba, Cəlilabad və Lənkəran şəhərlərində başlamışdır. Növbəti 2 ay ərzində layihə Türkiyəli mütəxəssislər və FHN-in psixoloqları ilə birlikdə Naxçıvan şəhərində də həyata keçirilməyə başlayacaqdır.
“Sözsüz ki, müharibə böyük bir faciədir, onun talelərdə çox dərin izləri, qəlblərdə acı çöküntüləri qalır. Lakin Azərbaycan dövlətinin zərərçəkənlərə qarşı olan diqqəti və qayğısı sayəsində həyata keçirilən effektiv reabilitasiyaların terrordan əziyyət çəkmiş vətəndaşları yenidən həyat sevgisinə qaytaracağına və onların gözlərindəki yaşam alovunu yenidən alışdıracağına bütün qəlbimizlə inanırıq!” - deyə Selçuk Demirbaş bildirmişdir.
Xatırladaq ki, dəvət olunan Türkiyəli mütəxəssislərin xərcləri tam olaraq FHN tərəfindən qarşılandığından, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan müharibə iştirakçıları, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlar üçün təşkil olunan yardım tamamilə ödənişsiz həyata keçirilməkdədir. Psixoloji yardım almaq istəyən vətəndaşlar nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 4 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
18 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
