Ən yuxarı (mobil)-2_30

Köçürmələrin 77%-i rəqəmsal bankçılıq vasitəsilə aparılıb - 244 MİLYARD MANAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Köçürmələrin 77%-i rəqəmsal bankçılıq vasitəsilə aparılıb -  244 MİLYARD MANAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

01.01.2023-cü il tarixinə ölkədə fəaliyyət göstərən bütün banklar, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti təqdim olunur. 21 bank tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunmaqdadır.

Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.

İcmalda qeyd edilib ki, 2022-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin ümumi sayı 187.4 mln. ədəd, həcmi isə 318.4 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 73%-i (137.4 mln. ədəd), həcm üzrə isə 77%-i (244 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır. 

2022-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2021-ci illə müqayisədə 50% artaraq 212 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 3 dəfə artaraq 12.1 mlrd. manat olmuşdur.

14.02.2023 09:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ