"İlin sonuna qədər ixracımızı 265 milyard dollara çatdırmaq istəyirik"
"Qlobal iqtisadi mənzərənin mənfi olmasına baxmayaraq, bu ilin sonunda ixracımızı 265 milyard dollara, gələn il isə 285 milyard dollara çatdırmaq istəyirik. 2028-ci il üçün hədəfimiz 400 milyard dollar və ya daha çox olmaqdır".
Marja xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident bu məqsədlə ixracı genişləndirməyə, əlavə dəyərli ixracatı gücləndirməyə çalışacaqlarını qeyd edib.
"Qlobal ticarətdə elektron ticarətin artan rolu ilə şirkətlərimiz bu transformasiyaya mümkün qədər tez uyğunlaşmalıdırlar. 2028-ci il üçün ixrac hədəflərimiz çərçivəsində elektron ixracatımızın payını artırmağı hədəfləyirik. İxracımızda hazırda 1,5% payı olan bu ixarcın xüsusi çəkisini 10%-ə çatdırmağı hədəfləyirik”, - Ərdoğan deyib.
Ərdoğan çıxışına belə davam edib:
"Afrikadakı səfirliklərimizin sayı 12-dən 44-ə yüksəldiyi halda, ticarət dövriyyəmiz 4,3 milyard dollardan 40 milyard dollara yüksəlib. Latın Amerikasında səfirliklərimizin sayı 6-dan 18-ə yüksəldiyi halda, ticarət həcmi 800 milyon dollardan 17,4 milyard dollara artıb. 2019-cu ildə yenidən Asiya təşəbbüsümüzü elan etdikdən sonra qitə ilə ticarətimiz 40 faiz artıb. Diplomatik əlaqələrimizin qurulduğu və ya möhkəmləndiyi hər coğrafiyada belədir. Türkiyənin diplomatik nümayəndəlik şəbəkəsi genişləndikcə onun ixracı da artıb”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























