Azərbaycanın şirkətlər qrupunun zərəri 19 dəfədən çox artıb
Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupu olan "CTC Holdinq" ASC 2022-ci ili 4 milyon 611 min manat xalis zərər ilə başa vurub. Şirkətlər qrupu 2021-ci ili 238 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə,"CTC Holdinq"in xalis zərəri 2022-ci ildə 2021-ci illə müqayisədə 19,4 dəfə artıb.
Marja.az xəbər verir ki, "CTC Holdinq"in gəlirləri 2021-ci ildə 1 milyon 575 min manat ikən, 2022-ci ildə 3 dəfədən çox azalaraq 505 min manata düşüb. Satışın maya dəyəri isə 3,6 dəfə artaraq 4 milyon 284 min manat olub.
"CTC Holdinq"in cəmi aktivləri 2022-ci ildə 11 milyon 228 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 50 milyon 956 min manat təşkil edib.
"CTC Holdinq" ASC-nin səhmdarları Svetlana Nağıyeva (45%), Vüqar Nağıyev (37%) və Məhəmməd Nağıyev (18%)
"CTC Holdinq" tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan ibarətdir. "CTC Holdinq"in saytında verilən məlumata görə, qrupa "Xızı Aqro Park" MMC, "Aqro Qida" MMC, "Xınalıq İM" MMC, "CTC Servis" MMC, "CTC İnvest" MMC, "MEAT DAİRY" MMC və "MİLK PRO" MMC şirkətləri daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























