Bolt illik gəlirini açıqlayıb
5000 avro sərmayədən 2 milyard avro dövriyyəyə.Estoniyada istifadəyə verilmiş Bolt-un illik gəliri dərc olunub.
Marja.az xarici mediaya istinadən təqdim olunan məlumata istinadən xəbər verir ki, Bolt şirkətinin təsisçisi və baş direktoru Markus Villig şirkətin maliyyə uğurları ilə bağlı təfərrüatları paylaşaraq, Bolt-un illik gəlirinin hazırda 2 milyard avroya (2,1 milyard dollar) çatdığını bəyan edib.
Bolt - taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterlərinin və elektrik velosipedlərinin icarəsi, eləcə də qida çatdırılması xidmətləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2013-cü ildə Estoniyada qurulan Bolt bu gün dünyada 50-dən çox ölkədə və 500-dən çox şəhərdə fəaliyyətdir və milyonlarla istifadəçiyə xidmət göstərir.
Şirkətin tarixi 2013-cü ildən başlayıb. Həmin ildə Markus Villig valideynlərindən aldığı 5000 avro ilkin kapital və kiçik bir komanda ilə biznesə başladı və onu Estoniyanın hüdudlarından kənara genişləndirib. İlk mərhələlərdə o, sadə və rahat taksi sifarişi tətbiqi yaratmağa fokuslanın. Tallində fəaliyyət göstərən 50 taksi sürücüsünü tətbiqə qoşulmağa razı saldıqdan sonra komanda fəaliyyətə başlayıb. Daha böyük irəliləyiş və yeni bazarlara çıxış üçün müxtəlif biznesmenlərlə aparılan danışıqlar nəticəsində ilk sərmayə - 100.000 avro - cəlb olunub. Komandanın fədakar əməyi, birgə işi və investorların davamlı inamı və dəstəyi sayəsində bu gün Bolt 200 milyondan çox müştəriyə xidmət göstərərək qlobal bazarda möhkəm yer tutub.
Hazırda Bolt 200 milyondan çox istifadəçisi olan və Avropa ilə Afrikanın 50 ölkəsi və 500-dən çox şəhərində fəaliyyət göstərən Avropa çoxfunksiyalı tətbiqdir. Şirkət şəxsi avtomobillərdən istifadənin azalması və birgə mobillik xidmətlərinə keçidi sürətləndirmək məqsədini güdür və istifadəçilərinə ən yaxşı alternativlər təklif edir. Bolt-un xidmətlərinə taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterləri və velosipedlərin icarəsi, eləcə də qida və ərzaq çatdırılması daxildir.
Hazırda Bolt taksi sifarişi xidməti Azərbaycanda iyirmi altı şəhərdə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 d. əvvəl
-
32 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb





.jpg)










.jpg)









