İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
(®) Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin “Global MBA” proqramına qəbul elan edilir.
Proqrama qəbul 28 aprel 2026-cı il tarixində PAŞA Holding və SOCAR, İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Proqramla bağlı əsas məlumatları aşağıda diqqətinizə çatdırırıq:
“Global MBA” proqramı beynəlxalq səviyyədə tanınan rəsmi MBA (magistr) dərəcəsi təqdim edir. Tədris prosesi qarışıq (hibrid) formatda təşkil olunacaq. Bu çərçivədə həm onlayn dərslər, həm də Bakı və Madriddə əyani tədris sessiyaları nəzərdə tutulur. Proqramın tədrisi ingilis dilində aparılacaq.
Proqrama müraciət etmək üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Lisenziyalı və akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən bakalavr dərəcəsinə malik olmaq;
• Qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo, Cambridge) və ya əvvəlki ali təhsilin ingilis dilində alınması;
• Proqramda iştirak müddətində aktiv əmək fəaliyyəti ilə məşğul olmaq;
• 5 ildən 15 ilədək peşəkar iş təcrübəsinə malik olmaq;
• Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq
• Liderlik potensialı və davamlı peşəkar inkişaf göstəricilərinə sahib olmaq
"Global MBA" proqramı maksimum 40 iştirakçı üçün nəzərdə tutulub. Onlardan:
• 15 iştirakçı PAŞA Holding-dan,
• 15 iştirakçı SOCAR-dan,
• 10 iştirakçının isə ümumi əmək bazarından olması nəzərdə tutulub.
Proqrama qəbul olunan namizədlər üçün təhsil haqqı əməkdaşlıq çərçivəsində təqdim olunan xüsusi endirim əsasında 50,000 avro təşkil edəcəkdir. Ödəniş şərtləri və maliyyələşdirmə imkanları qeydiyyat prosesi zamanı birbaşa IE Universiteti tərəfindən müəyyən ediləcək.
Qeyd: Proqramın məqsədlərinə və Azərbaycanda liderlik potensialının inkişafına töhfə vermək baxımından qəbul prosesində Azərbaycan Respublikası vətəndaşlarına üstünlük veriləcək. Mövcud yerlərdən və yekun iştirakçı tərkibindən asılı olaraq, xarici əcnəbi vətəndaşların müraciətlərinə də baxıla bilər.
Proqram haqqında qısa məlumat:
• Müddət: 22 ay
• Başlanma tarixi: Sentyabr 2026
• Maraq formasının təqdim edilməsi üçün son tarix: 12 iyun 2026
Müraciət prosesi: Proqrama qəbul IE Universitetinin qəbul qaydaları, seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək.
Maraqlanan namizədlərdən maraq formasını tamamlamaları xahiş olunur - https://forms.office.com/pages/responsepage.aspx?id=eMU5SvBtuUKn4OnqxtkYFi2KZoWIyeNLqA0788lPcUpUOFJGMFkyWDNFUDJDRVVIR0lGOUhIWkFWNy4u&route=shorturl.
Sorğu proqramda iştirak etməkdə maraqlı olan əməkdaşlar barədə ilkin məlumatların toplanması məqsədini daşıyır. Yalnız sorğunu tamamlayan və ilkin qəbul tələblərinə cavab verən namizədlər IE Universitetinin onlayn müraciət sisteminə dəvət alacaqlar.
Qeyd edək ki, “Global MBA” proqramı və müraciət prosesi haqqında daha ətraflı məlumat əldə etmək istəyən əməkdaşlar üçün iki məlumat sessiyası təşkil olunacaq. Maraqlanan hər kəs öz iş qrafikinə uyğun olan sessiyaya qoşula bilər. Sessiyalarla bağlı məlumatlar aşağıda təqdim olunur:
Sessiya 1
Tarix: 9 iyun 2026
Vaxt: 11:00 (Bakı vaxtı) / 09:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki: https://ieuniversity.zoom.us/j/93923646067?pwd=3Tk7ijFrZ4Zh2doLIuDhibLKqtnlhG.1
Kod: AzMBA2026!
Sessiya 2
Tarix: 10 iyun 2026
Vaxt: 16:00 (Bakı vaxtı) / 14:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki: https://ieuniversity.zoom.us/j/96119050967?pwd=BV4btQJjSI7acwQ5JualR8aOmPXvCO.1
Kod: AzMBA26*
Qeyd edək ki, təhsil və inkişaf mövzusu PAŞA Holding-in strategiyasında mühüm yer tutur. Bu istiqamətdə Holding və onun törəmə şirkətləri insan kapitalının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirir. Bunlara “Elachi”, “Leading Lights”, “Future Shapers” kimi proqramlar, eləcə də digər təhsil və bacarıqların inkişafına xidmət edən layihələr daxildir.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
3 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
4 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq


















.jpg)



