Bakıda turistlər üçün vahid kartlar hazırlanır
Bakıda muzeylərdə, mədəniyyət obyektlərində, ictimai nəqliyyat vasitələrində və turistlər üçün turlar təşkil edən "Baku city bus" avtobuslarında istifadə məqsədilə vahid turist kartları hazırlanır.
Bunu Milli Turizm Təbliğat Bürosunun (MTTB) mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, kartın hazırlanmasında məqsəd turistlərin məmnunluğunu təmin etmək, MTTB-nun bu layihədən gəlir əldə etmək istəyidir.
Dünyanın inkişaf etmiş bir çox ölkələrində belə kartların mövcud olduğunu deyən K.Quluzadə qeyd edib ki, turistlər üçün 2 cür – 30 günlük və 1 illik kartın hazırlanması nəzərdə tutulur. 1 illik kartın istifadə müddəti uzadıla da bilər: "Bu kartları əldə edən həm xarici, həm də yerli vətəndaş müəyyən xidmətlərdən pulsuz istifadə edə, müəyyən xidmətlərdən isə güzəştlə istifadə edə biləcək:
"Kartlara muzeylərə giriş, Bakıda ekskursiya keçirən avtobuslardan, nəqliyyat vasitələrindən istifadə daxildir. Bu kart müəyyən mağazalarda endirim imkanı da verə bilər. Hazırda bunlar araşdırılır. Turistlər tərəfindən hansı xidmətlər daha çox alqışlanırsa, onu genişləndirəcəyik, hansı xidmətldən az istifadə edilərsə, onu azaldacağıq".
K.Quluzadə deyib ki, hazırda kartlarla bağlı layihə müvafiq dövlət və biznes strukturları ilə müzakirə edilir: "Ümid edirik ki, bu layihə yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək".
Büro rəsmisi əlavə edib ki, turistlər üçün nəzərdə tutulan kartlar elektron olacaq. Bu kartları turizm agentliklərindən, şəhərdəki müəyyən satış nöqtələrindən əldə etmək, eyni zamanda onlayn sifariş etmək də mümkün olacaq.
K.Quluzadə bildirib ki, hazırda kartın qiyməti müzakirə edilir: "Biz çalışacağıq ki, qiymət yüksək olmasın və hamı bundan xüsusi xidmət kimi istifadə edə bilsin".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















