970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ

Bank “BTB”nin aktiv və öhdəlikləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülür. Bank “BTB” BOKT-a çevrilir
iç səhifə xəbər başlığı altı (mobil)_31
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bank, Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatı formasında yenidən təşkilinə qabaqcadan razılığın verilməsi və müştərilərinin ABB-yə ötürülməsi barədə məlumat yayıb.

Marja.az xəbər verir ki, məlumatda deyilir:

Reklam_3_11

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcəkdir.

Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.

Qeyd edək ki, Bank "BTB" ASC-nin nizamnamə kapitalının 76.7376%-i Mehdiyeva Nigar İsmayıl qızına, 17.6823%-i Sadiq Rza İsmayıl oğluna və  5.5801%-i Mahmudova Tükazban Ağa qızına məxsusdur.

Bank BTB Azərbaycan Beynəlxalq Bankı bankın yenidən təşkili BOKT-yə çevrilmə bank olmayan kredit təşkilatı bank aktivlərinin ötürülməsi bank passivlərinin ötürülməsi depozitlərin köçürülməsi bank müştəriləri kredit portfelinin ötürülməsi bank sektorunda restrukturizasiya Azərbaycan bank sektoru bank nəzarəti maliyyə sabitliyi bank sistemində pay bank kreditorları əmanətçilərin qorunması
06.03.2026 15:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18