Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb
2017-ci ilin 8 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 75% azalıb.
2017-ci ilin yanvar-iyul aylarında (7 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, Avqustda Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil edib. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi. Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bi neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.
Azərbaycanda yük avtomobilləri istehsalı 99% artaraq 4 ədəd, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6% artaraq 1 970 ədəd, traktorların istehsalı isə 50,3% artaraq 941 ədəd təşkil edib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2017-ci ilin yanvar-avqust aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 941 | 150,3 | 4 |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 1 970 | 198,6 | 339 |
Yük avtomobilləri, ədəd | 4 | 1,1 | 2 |
Minik avtomobilləri, ədəd | 30 | 25,2 | 131 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 2 | 0,7 | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
42 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 58 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib



























