Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“SUP VC”dən cavab gəldi - Sosial şəbəkələrdəki paylaşımlara nöqtə qoydu

“SUP VC”dən iddialara sərt reaksiya: “Yayılan məlumatlar həqiqətə uyğun olmayan, qarayaxma xarakterlidir. Bütün öhdəliklərimizi qanun çərçivəsində yerinə yetiririk. Caucasus Ventures-lə hüquqi bağlılığımız yoxdur, Caucasus Ventures-in sədrinin də “SUP VC” MMC-də payı yoxdur”.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“SUP VC”dən cavab gəldi - Sosial şəbəkələrdəki paylaşımlara nöqtə qoydu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SUP VC” MMC son günlər sosial mediada haqqında yayyılan məlumatlara münasibət bildirib.

Marja.az xəbər verir ki, “SUP VC” MMC açıqlamasında yayılan məlumatların "həqiqətə uyğun olmayan, qarayaxma xarakterli" məlumatlar olduğunu qeyd edib.

Reklam_3_11

Açıqlamada bildirilir:

"Hüquqi status:

 “SUP VC” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət qeydiyyatından keçmiş və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən hüquqi şəxsidir. Şirkətin yeganə təsisçisi və icraçı direktoru Eyvazov Rəşad Əsəf oğludur.

Fəaliyyət istiqamətləri və şəffaflıq:

 “SUP VC” MMC innovasiya və startap ekosistemi sahəsində fəaliyyət göstərən bir şirkətdir və əsas istiqamətləri təlim, tədris, biznes inkubasiya və innovasiya layihələrinin idarə olunmasıdır.

 Şirkət bu günə qədər həm dövlət qurumları, həm də özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirmiş, hər bir layihə üzrə sifarişçi tərəfə fəaliyyət və maliyyə hesabatlarını qanunvericiliyə uyğun şəkildə təqdim etmişdir.

 “SUP VC” MMC yarandığı gündən bəri bütün vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmiş, heç bir maliyyə və ya inzibati problem yaşamamışdır.

Caucasus Ventures ilə əlaqələr:

Şirkətimizin Caucasus Ventures ilə heç bir rəsmi və hüquqi bağlılığı yoxdur. Biz bu qurumla digər ekosistem nümayəndələri kimi əməkdaşlıq və qarşılıqlı əlaqələr saxlayırıq. Bununla belə, nəzərinizə çatdırmaq istərdik ki, bəzi sosial media paylaşımlarında qeyd olunduğundan fərqli olaraq, Caucasus Ventures-in sədrinin “SUP VC” MMC-də hər hansı payı və ya hüquqi iştirakçılığı mövcud deyil.

Son aylarda yayılan əsassız məlumatlara baxmayaraq, SUP VC MMC olaraq, biz hər hansısa konfliktə qoşulmaq istəmirik və hər zaman ekosistemin inkişafına töhfə verməyə, innovasiya və sahibkarlıq mühitinin güclənməsinə xidmət etməyə hazır olduğumuzu bildiririk

Şirkətimiz fəaliyyətini şəffaflıq, etik prinsiplər və qanunlara tam uyğun şəkildə həyata keçirir. Yayılan dezinformasiyaların artması ilə əlaqədar olaraq, ictimaiyyəti düzgün məlumatlandırmaq məqsədilə bu bəyanatla çıxış etməyi zəruri hesab edirik".

SUP VC Rəşad Eyvazov Caucasus Ventures innovasiya startap ekosistemi biznes inkubasiya təlim və tədris sahibkarlıq dezinformasiya bəyanat sosial media Marja.az Azərbaycan hüquqi şəxs şəffaflıq etik prinsiplər maliyyə hesabatı dövlət qeydiyyatı ekosistem inkişafı
13.10.2025 21:01

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18