Maldarlıqdan kolbasa istehsalına - QADIN SAHİBKARLAR
Balakən rayonu, Katex kəndinin sakini Şəmsi Şabanova maldarlıq təsərrüfatına rəhbərlik edən “ABAD”çı qadın sahibkarlardandır. "Marja" xəbər verir ki, o, 5 ildən artıqdır ki, rayonun Sarıbulaq, Qazbinə kəndlərində ətlik məqsədilə 400-dən artıq iribuynuzlu heyvan yetişdirir.
Şəmsi Şabanovanın sözlərinə görə, o, atasından sonra maldarlıq təsərrüfatına rəhbərliyə başlayıb.
“Əvvəllər yalnız ət satışı ilə məşğul olurduq. Lakin satış bazarımızı genişləndirmək və daha çox gəlir əldə etmək üçün dəstəyə ehtiyacımız var idi. Bu məqsədlə Balakən regional “ABAD” mərkəzinə müraciət etdim və kolbasa məhsullarının istehsalı üçün avadanlıqla bağlı dəstək istədim. Müraciətim müsbət cavablandırıldı. Ailəmizə ət məhsullarının emalı üçün monoblok-konteyner şəklində zəruri avadanlıqlar təqdim olunub”, - deyə, sahibkar qeyd edir.
“ABAD” tərəfindən ailə üçün “Bizim nemət” kolbasa brendi yaradılıb. “ABAD”ın dəstəyi ilə “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılmış “Bizim nemət” kolbasa məhsulları yüksək keyfiyyəti ilə fərqlənir.
Şəmsi xanımın sözlərinə görə, məhsulların hazırlanmasında yalnız təbii məmulatlardan istifadə olunur:
“Biz kolbasa məhsullarının istehsalı üçün təsərrüfatımızda yetişdirdiyimiz iribuynuzlu mal-qaranın ətindən istifadə edirik. İnanıram ki, “Bizim nemət” brendi ailəmizə məxsus olsa da, dadı və keyfiyyətinə görə hər bir alıcı üçün doğma ada çevriləcək”.

"YÜKSƏK KEYFİYYƏTLİ KOLBASA HAZIRLAMAQ FİKİRİNDƏYƏM"
Kolbasa istehsalına fokuslanan digər “ABAD”çılardan biri Masallı rayon Təzə Alvadı kənd sakini Göyçək Ələsgərovadır.
O, “ABAD”a müraciət edərək, ət məhsulları istehsal etmək niyyətində olduğunu bildirib. “ABAD”ın beynəlxalq qurumlarla əməkdaşlığı çərçivəsində, BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə qadın sahibkara ət məhsullarının istehsalı üçün bütün zəruri avadanlıqlarla təchiz olunmuş monoblok-konteyner təqdim olunub.
G.Ələsgərovanın sözlərinə görə ailəsi uzun illər maldarlıqla məşğul olub və onun bu işə uşaqlıqdan maraq göstərməyi heç də təəccüblü deyil:
“Rayonumuzda “Heydər Əliyev” mərkəzində “Qadın Resurs Mərkəzi” yaranan zaman oranın üzvü, daha sonra təşkilatçısı oldum. Maldarlıqla bağlı layihə təqdim etdim, qaliblərdən biri seçildim. Buna çox sevinirəm”.
Xanım sahibkar deyir ki, qalib olandan dərhal sonra o, “ABAD”ın ət və süd məhsulları üzrə layihələr həyata keçirəcəyini öyrənib:
“Düzdür, bu günədək böyük həcmdə kolbasa istehsalı ilə məşğul olmamışam, lakin “ABAD”ın dəstəyi sayəsində çətinliklərin öhdəsindən gəlməyi düşünürəm. Mənə verilən konteynerdə yüksək keyfiyyətli məhsul hazırlamaq fikrindəyəm.
Düşünürəm ki, əhalimizin hazırladığımız kolbasalara etimadı çox yüksək olacaq, çünki mən bazara ailəm üçün hazırladığım məhsulu təklif edəyəcəm. Mənim alıcılarım mənim ən qiymətli qonaqlarımdır. Onların qabağına qatqılı, mənşəyi bilinməyən bir məhsul əsla qoymaram”.
S.Ələsgərova gələcək planlarından ruhyüksəkliyi ilə danışır:
“Ambisiyalarım çox yüksəkdir. “ABAD”ın köməyi ilə gələcəkdə böyük bir kombinat tikib yaratmaq və qadınlar arasında məşğulluğun artırılmasına dəstək olmaq istəyirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
5 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
5 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
13 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)









.jpg)










