"Pambığın yarıdan çoxunu bizim şirkət tədarük edib"
“Respublikada 2017-ci ildə 135 min hektardan artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb, ölkə üzrə kondisiya şəklində çəkidə 207 min tondan artıq, o cümlədən cəmiyyətimiz üzrə 130 min 679 ton xam pambıq tədarük edilib” (ölkə üzrə pambığın 63%-i).
“Marja” xəbər verir ki, bunu “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Rövşən Həsənov bildirib.
Onun sözlərinə görə, tədarük edilmiş xam pambığın 114 min tonu artıq emal olunub, 45 min ton mahlıc, 55 min ton çiyid, 1540 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətimizin istehsal müəssisələrində 3300 ton pambıq ipliyi, 3 min ton rafinə olunmuş pambıq yağı və 22 min ton jmıx istehsal olunub.
2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 milyon dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış prosesi davam edir.
Rövşən Həsənov qeyd edib ki, bu il “MKT İstehsalat Kommersiya” tərəfindən 1816 hektarda buğda, 762 hektarda arpa əkilib, 50 min hektaradək sahədə pambıq əkini nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb: “Belə ki, cəmiyyətimizə məxsus 5056 hektar sahədə pambıq əkini nəzərdə tutulub ki, bundan 4235 hektarı müasir və səmərəli suvarma sistemlərindən olan pivot suvarma sistemi ilə təchiz edilib.
Pambıqçılıqla məşğul olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlanıb və proses davam edir.
42 min hektarda şum aparılıb, 16 min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manatdan artıq avans verilib.
Bütün rayonlar üzrə ayrı-ayrılıqda texnoloji xəritələr hazırlanıb.
500 ton lifli, 1035 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib.
Beş min ton ammonium nitrat, 952 ton karbamid gübrəsi tədarük edilib, əlavə olaraq 3500 ton ammonium nitrat, 4 min ton ammofos gübrəsi və 138 ton bitki mühafizə vasitələri sifariş edilib”.
“MKT İstehsalat Kommersiya” MMC hazırda 6146 texnika və avadanlıq, o cümlədən 188 kombayn, 802 traktor, 5156 müxtəlif təyinatlı qoşqu və avadanlıqlar vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Qeyd etmək istəyirəm ki, fermerlərə vaxtlı-vaxtında, yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün aqrotexniki bazamız tam formalaşıb.
Xam pambığın 24 qəbul məntəqəsində tədarükü, 13 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Şirkətin məntəqə və zavodlarında ötən il əsaslı təmirə başlanılıb, proses yekunlaşmaq üzrədir.
“Cari mövsümdə cəmiyyətimiz tərəfindən sahələrdən hər hektara orta hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək xam pambığın emalından 48 min ton mahlıc, 60 min ton çiyid, 2 min ton köməkçi məhsullar, çiyidin emalından isə 7 min ton rafinə edilmiş pambıq yağı və 42 min ton jmıx alınması proqnozlaşdırılır.
Hörmətli cənab Prezident, çoxsaylı və zəhmətkeş kollektivimiz adından bizlərə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Bu şərəfli işdə qarşıya qoyduğunuz hədəflərə çatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk”, - baş direktorunun müavini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı















.jpg)





