““Aztelekom” inhisarçı deyil, provayderlər heç bir tədbir görməmişlər” – GƏNCƏDƏ İNTERNET PROBLEMİ
Bir sıra Gəncə sakinləri, şəhərdə internet xidməti göstərən provayderlərin hamısının “Aztelekom” tərəfindən xidmətdən uzaqlaşdırıldığını və inhisarçıya çevrildiyini iddia edirlər. Qeyd edilir ki, əhali seçimsiz qalıb. Üstəlik, “Aztelekom”un təqdim etdiyi internetin sürəti zəif və keyfiyyətsizdir.
"Gəncə şəhərində ADSL (fiberoptik deyil) internet xidməti göstərən provayderlərin hamısını "Aztelekom" bu xidmətdən uzaqlaşdırıb. Gəncədə ADSL monopolisti olub. Nəticədə əhali seçimsiz qalaraq "Aztelekom"un keyfiyyətsiz ADSL xidmətinə qoşulub. Bu yükü çəkə bilməyən "Aztelekom"un ADSL xidməti çökmüş kimidir. Buyurun skrinlərə baxın. Araşdırın görün niyə "Aztelekom" azad rəqabət və liberal internet bazarı prinsiplərini pozur?", - Gəncə sakini Orxan İsmayılov "Marja"ya bildirib.
İddia ilə əlaqədar “Marja”nın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavab verib.
Nazirliyin cavabında deyilir:
“Aztelekom” MMC Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə layihələr həyata keçirir. Həyata keçirilən layihələrin məqsədi telekommunikasiya xidmətlərinin mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, əsas magistralların və paylayıcı şəbəkənin yenilənməsi, köhnəlmiş mis kabel xətlərinin yeni fiber optik xətlərlə dəyişdirilməsi, standartlara cavab verməyən rabitə avadanlıqlarını isə yeni nəsil, müasir avadanlıqlarla əvəzlənməsidir ki, nəticədə, əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin etmək mümkün olsun.
Qeyd etdiyimiz kimi, “Aztelekom” MMC tərəfindən vətəndaşların keyfiyyətli və dayanıqlı xidmətlə təmin edilməsi məqsədi ilə xidməti ərazilərimizdə yeni texnologiyaların tətbiqi istiqamətində davamlı işlər aparılır.
"MÜVƏQQƏTİ ÇƏTİNLİKLƏR İSTİSNA OLUNMUR"
Gəncə şəhərində də TDM stansiyaları NGN şəbəkə avadanlıqları ilə əvəz edilir, köhnə mis kabellər istismardan çıxarılır, əvəzinə isə yeni fiber optik kabellər çəkilir. Fiber optik xətlərin üzərindən təqdim edilən internet xidməti istifadəçilərin daha keyfiyyətli xidmət almasına imkan yaradacaq. Qurulan GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Layihənin icra müddətində, əsas işlərin tamamlanmadığı səbəbindən, abunəçilərin müvəqqəti olaraq xidmətlə bağlı müəyyən çətinliklərlə rastlaşma ehtimalı istisna olunmur.
"PROVAYDERLƏR MƏLUMATLANDIRILIB, AMMA HEÇ BİR TƏDBİR GÖRMƏMİŞLƏR"
Nəzərinizə çatdırmaq istərdik ki, iddia olunduğu kimi deyil əslində, hələ layihənin start verilməsindən əvvəl, yəni 2017-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən provayderlər infrastrukturun yenilənməsi haqqında tərəfimizdən rəsmi məlumatlandırılıblar. İstifadə etdikləri avadanlıqlıqların yeni qurulacaq NGN şəbəkəsinə uyğunlaşdırılması barədə bilgiləndiriliblər və eyni zamanda 2018-ci il ərzində provayderlərə bir neçə dəfə təkrar məlumat göndərilmişdir. Yarana biləcək xoşagəlməz hallardan sığortalanmaq və mövcud infrastrukturlarını yeniləmək üçün hər bir operatorun kifayət qədər vaxtı olub. Təəssüf ki, bəzi provayder dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görməmişlər.
Nəticədə həmin provayderlərin abunəçiləri göstərdikləri xidmətlərdən məhrum olublar. Bütün bunlara baxmayaraq, yaranmış şəraiti nəzərə alaraq, “Aztelekom” milli rabitə operatoru olaraq diqər provayderlərin öz infrastrukturunu yeniləmə prosesində olduğu müddətdə həmin abunəçilərə bir müddət təmənnasız internet xidmətlərindən istifadə etmək imkanını təmin edib.
Qeyd edək ki, bu müddət ərzində xidmətimizdən yararlanan vətəndaşların bir qismi öz istəkləri ilə “Aztelekom”la abunə müqaviləsi imzalayıblar. Başqaları isə, digər provayderlərin xidmətlərindən istifadə edir.
Sadalaqlarımızdan da göründüyü kimi, yaranmış problem iddia olunduğu kimi heç də əhalinin seçim etmək imkanı olmamağında deyil.
Hər bir istehlakçının azad seçim hüququ var, heç bir xidmət və ya məhsul istehlakçıya məcburi qaydada təqdim edilə bilməz”.
"NAZİRLİYİN CAVABI ƏSASSIZDIR"
Gəncə sakini Orxan İsmayılov "Marja"ya bildirdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavabı əsassızdır:
"Gəncədə "Aztelekom"un qurduğu heç bir yeni nəsil şəbəkədən söhbət gedə bilməz. Çünki şkaflara qədər gələn şəbəkə fiber-optikdir, şkafdan abonentlərə gedən xəttlər isə sovetlər vaxtından qalan mis xəttlərdir. Hansı yeni nəsil şəbəkədən söhbət gedir? Bu islahat deyil imitasiyadır, vətəndaşlarının nömrələrini dəyişmək yeni nəsil şəbəkə deyil. Mis xəttlərdir yenə də şkafdan evlərə gedən. Axşam saatlarında ADSLsürəti bərbad olur.
"Aztelekom"un təklif etdiyi qiymətlər digər provayderlərdən bahadır. 5 mb interneti digər provayderlər 20 manata təklif edirsə "Aztelekom" 20 manata 4 mb sürət təklif edir.
"Azeronline" provayderi dəfələrlə mənə bildirib ki, onları Gəncədə kabel-kanal şəbəkəsinə yaxın buraxmadıqları üçün fəaliyyət göstərə bilmirlər. Hansı şirkət öz xoşu ilə 330000 əhalisi olan şəhərdən gedər?".
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 d. sonra
-
38 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
19 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
Ən çox oxunanlar
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb







.jpg)




.jpg)







