Sərmayəçisinə 53% qazandıran əmtəə
13 məhsul sərmayəçisinə qazandırıb, 5 məhsul isə ziyana salıb
Əmtəə bazarında keçən il sərmayəçisinə (investora) ən çox qazandıran məhsul 53% ilə palladium olub.
"Marja"nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət dəyişikliklərinə əsasən hazırladığı xəbərə görə, 2019-cu ildə 13 məhsul sərmayəçisinə qazandırıb, 5 məhsul isə ziyana salıb.
ABŞ və Çin arasındakı ticarət danışıqlarına dair nikbinlik, ABŞ Mərkəzi Bankının (Fed) faiz endirimləri, dollar indeksinin kəskin dəyişməməsi, digər qabaqcıl mərkəzi bankların yumuşaq pul siyasətləri keçən il əmtəə bazarında ticarət olunan məhsulların performansına müsbət təsir edib.
Əmtəə bazarında keçən il sərmayəçisinə ən çox 53% ilə palladium qazandırıb. Dizel skandalından sonra tətbiq edilən sərt emissiya standartları palladium qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb.
Palladiumun ardından nikel 30,1%, qəhvə 27,3% bahalaşıb. Qəhvə ehtiyatlarında azalma gözlənməsi qiymətlərdə yüksəlişə səbəb olub. Brent neft də 23,3% dəyər qazanıb.
Keçən il platinin qiyməti 21,3%, qızılın qiyməti isə 18,4% artım qeyd edib. Analitiklər, ticarət müharibələri, qlobal iqtisadiyyatdakı yavaşlama və Brexit kimi faktorlarla artan riskin, sərmayəçilər tərəfindən "etibarlı liman" olaraq görülən qızıla tələbi artırdığını bildirirlər.
GÜMÜŞ 15% BAHALAŞIB
Qızılın ardından gümüş 15,5%, şəkər də 11,6% dəyər qazanıb. Şəkərin istehsalının azalacağına dair proqnozlar qiymətlərin yüksəlməsinə səbəb olub.
Ötən il buğda 11%, soya 6,8%, kakao 5,1%, qarğıdalı 3,4% bahalaşıb. Qarğıdalı qiymətləri iyun ayında 5 ilin ən yüksək səviyyəsini görmüşdü.
ABŞ-da yağışların və mənfi hava şərtlərinin qarğıdalıya zərər verə biləcəyinə dair narahatlıqlar qarğıdalı qiymətlərinin yüksəlməsinə səbəb olub.
Keçən il ABŞ-ın orta qərb bölgəsində həddindən artıq yağıntıların düşməsi qarğıdalı qiymətlərini dəstəkləyib. Mənfi hava şərtləri, qarğıdalı əkininə və məhsulun inkişafına maneə olub. Analitiklər, mənfi hava şərtlərinə görə, ABŞ-da qarğıdalı ehtiyatlarının azala biləcəyini və fermerlərin əkin üçün qarğıdalı yerinə buğda satın almalarının da qarğıdalı qiymətlərinə təsir etdiyini ifadə edirlər.
TƏBİİ QAZ İNVESTORUNU BÖYÜK ZİYANA SALIB
Əmtəə bazarında sərmayəçisinə ən çox ziyan yaradan təbii qaz olub. Təbii qaz, 2019-cu ildə 23,2% ucuzlaşıb. Analitiklər həddindən artıq istehsal və ehtiyatların artmasının təbii qaz qiymətlərinə mənfi təsir etdiyini bildirirlər.
Təbii qazın ardından sink 9,9%, qurğuşun 5,6%, alüminium 5%, pambıq 4,4% ucuzlaşıb. Analitiklər Çinin dünyanın ən böyük pambıq alıcısı, ABŞ-ın isə ən böyük ixracatçısı olduğunu xatıraldaraq, Çin və ABŞ arasındakı ticarət gərginliyinin pambıq qiymətlərinə mənfi təsir etdiyini bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
22 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 23 d. əvvəl
-
40 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 48 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























