"İşləri xərclər daxilində və qısa zamanda yekunlaşdırmaq vəzifənizdir"
Yanvarın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Wood Group şirkətlər qrupuna daxil olan Amec Foster Wheeler Italiana şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
SOCAR-ın yaydığı məlumata görə, görüşdə Heydər Əliyev adına Neft Emalı Zavodunda görülən moderinizasiya işlərinin gedişi müzakirə olunmuş, layihənin vaxtında tamamlanması üçün aparılan struktur optimallaşdırılması və layihənin idarə edilməsi üzrə podratçı Wood Group şirkətlər qrupuna daxil olan Amec Foster Wheeler Italiana şirkəti ilə əməkdaşlıqdan, həmin şirkət ilə SOCAR-ın birgə müəssisəsi olan “SOCAR Foster Wheeler”-in uğurlu fəaliyyətindən və yeni yaradılmış “SOCAR Daunstrim” şirkətinin layihədəki rolundan söhbət açılmışdır.
Amec Foster Wheeler Italiana şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaro bildirmişdir ki, təmsil etdiyi şirkət artıq 10 ildən artıqdır, SOCAR-la əməkdaşlıq edir. Hazırda Wood Group-a daxil olan şirkətlərdə 60 mindən çox əməkdaş çalışır ki, onlardan da 9 min nəfəri neft emalı və neft-kimya sənayesi sahələrində fəaliyyət göstərir. SOCAR və Wood Group arasında Türkiyədə STAR layihəsindən başlanmış əməkdaşlıq hazırda Heydər Əliyev adına NEZ-in moderinizasiyası prosesində davam etdirilir. Giuseppe Zuccaro bu əməkdaşlığın uğurlu olduğuna və layihənin müvəffəqiyyətlə başa çatdırılacağına əminliyini ifadə etmişdir. Görüşdə həmçinin “SOCAR Foster Wheeler” birgə müəssisəsinin fəaliyyəti barədə fikir mübadiləsi aparılmış, müəssisənin nəinki Azərbaycanda, eləcə də bölgədə yüksək səviyyədə mühəndislik xidmətləri təklif edən azsaylı şirkətlərdən olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, bu şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti Azərbaycanlı mühəndislərdir və onlar xarici həmkarları ilə birlikdə yüksək nəticələr əldə edirlər. Onların müasir səviyyəli mütəxəssis kimi formalaşması üçün SOCAR tərəfindən hər cür şərait yaradılmışdır. “SOCAR Foster Wheeler” birgə müəssisəsinin mütəxəssiləri detallı mühəndislik kimi ən mürəkkəb xidmətləri yerinə yetirirlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri Azərbaycan dövlətinin nəzarəti altındadır və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Bu layihənin müəyyən edilmiş xərclər daxilində, yüksək keyfiyyətlə və qısa zamanda yekunlaşdırılaraq təhvil verilməsi podratçı şirkətin əsas vəzifəsidir.
Xatırladaq ki, SOCAR və Foster Wheeler şirkətləri tərəfindən 2012-ci ildə birgə müəssisə kimi yaradılmış “SOCAR-Foster Wheeler Mühəndislik” MMC neft emalı, neft-kimya və ətraf mühitin qorunması layihələrində mühəndislik, satınalma, tikintiyə nəzarət və layihənin idarəedilməsi ilə bağlı xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















