"Satış azalacaq" xəbərdarlığını edən şirkətlər artır
Koronavirus epidemiyasına görə maliyyə vəziyyətlərinin pisləşəcəyi xəbərdarlığını edən şirkətlər hər ötən gün artır.
Marja xəbər verir ki, dünyanın ən böyük spirtli içki istehsalçısı "Diageo Plc", süd məhsulları və içkiləri ilə tanınan Fransa şirkəti "Danone" xəstəliyin yayılmasına görə Çində içki satışlarının azalacağı xəbərdarlığını ediblər.
Məşhur bir viski markasının istehsalçısı "Diageo", Çinin bir çox bölgəsində restoran və barların bağlanması ilə bu ilki satışların 422 milyon dollara qədər düşə biləcəyini qeyd edib.
"Danone" ilk rübdə satışlardakı artımın dayanma nöqtəsinə gəldiyini açıqlayıb.
Koronavirusun yayılması lüks istehlak məhsullarına böyük bir zərbə vurur, Çin bazarının nə vaxt yaxşılaşma göstərəcəyini də təxmin etmək çətindir.
Lüks mallar istehsalçısı "Hermes" şirkəti 11 mağazasını bağlayıb.
Bir çox şirkət 80 mindən çox insanın yoluxduğu və 2900-dən çox ölümə səbəb olan virusa görə artan iqtisadi pisləşmə barədə xəbərdarlıq edib.
"Diageo"nun səhmləri 2.3%, "Hermes"in 1.4%, "Danone"nin səhmləri isə 0.9% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 d. əvvəl
-
29 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 34 d. əvvəl
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb







.jpg)









.jpg)







