“OPEC plus”un qərarına baxmayaraq neft ucuzlaşır
“OPEC plus” ölkələrinin gündəlik hasilatı üç mərhələ ilə azaldılmasını nəzərdə tutan ”Əməkdaşlıq Bəyannaməsi” qəbul etmələrinə baxmayaraq neft qiymətləri düşür.
Bakı vaxtı ilə saat 09:25-də Brent nefti 4,1% ucuzlaşma ilə 31,48 dollara düşüb.
“OPEC plus” ölkələri ilk mərhələdə gündəlik hasilatı 10 milyon barel azaltmaq barədə razılaşıblar. Qlobal tələbin isə 15-16 milyon barel, bəzi treyderlərə görə isə 35 milyon barel azalıb. Hasilatın azaldılması azalan tələbdən çox aşağıdır.
“OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barrel həcmində azaldacaqlar. Hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6 milyon 85 min barrel, qeyri-OPEC ölkələri üçün isə3 milyon 915 min barrel müəyyən edilib.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzindəAzərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Xatırladaq ki, əvvəlki sazişdə Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilmişdi. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalı idi.
2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 milyon barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalarOPEC üzrə gündəlik 4 milyon 868 min, qeyri-OPEC üzrə isə 3 milyon 132 min barrel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.
2021-ci ildən 2022-ci ilin aprelinədək “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 milyon barrel azaldılması planlaşdırılır. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3 milyon 651 min barrel, qeyri-OPEC üzrə 2 milyon 349 min barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.
İclasda “OPEC plus” formatından kənar neft ölkələrinəisə gündəlikhasilatı 5 milyon barrel azaltmaq çağırışı edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 28 d. əvvəl
-
38 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 43 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb


















.jpg)








