970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür.

1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Reklam_3_11

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

15 İyun Milli Qurtuluş Günü Azərbaycanda Milli Qurtuluş Günü 15 İyun Milli Qurtuluş Günü 15 iyun bayramı 15 iyun qeyri-iş günü Milli Qurtuluş Günü tarixi Heydər Əliyev Heydər Əliyevin Bakıya qayıdışı Heydər Əliyev 15 iyun Heydər Əliyev Ali Sovetin sədri 1993-cü il iyun hadisələri 1993-cü il Gəncə hadisələri Gəncə qiyamı 709 saylı hərbi hissə AXC-Müsavat iqtidarı vətəndaş müharibəsi təhlükəsi Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu Heydər Əliyevin xilaskarlıq missiyası Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi 9 iyun 1993 15 iyun 1993 Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın ən yeni tarixi Milli Qurtuluş qurtuluş günü
15.06.2026 07:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19