Sığorta şirkətlərinin ittihamlarına cavab verildi
"Heç kim deyə bilməz ki, biz zəmanət öhdəliklərimizi yerinə yetirməmişik"
Bir çox avtomobil sahibləri və sığorta şirkətləri bildirirlər ki, rəsmi servislər verdikləri zəmanəti yerinə yetirə bilmirlər. Həmçinin bəzi hallarda rəsmi servislər “zəmanət”dən sui-istifadə edib dəyən ziyanı şişirdirlər.
Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan“Euro Style LTD” MMC-nin texniki servis mərkəzinin rəhbəri Asif Rzayev “Marja.az”a bildirib ki, bu iddialar ilə razı deyil:
"Öz markamızdan danışım.
Volkswagen Azərbaycanda hər bir avtomobilinə yürüşdən asılı olmayaraq 2 il zəmanət verir. Yeni Passatlarda bu zəmanət 5 ilə qədər uzadılıb, amma 150 000 km yürüş məhdudiyyəti ilə. Volkswagenin zəmanəti “from bumper to bumber” anlamı ilə təyin olunur. Yeganə bir şərtimiz odur ki, avtomobil bütün dövrü texniki xidmət prosedurlarından texniki servis mərkəzimizdə vaxtında keçməlidir.
Əminliklə bildirirəm ki, heç bir müştəri deyə bilməz ki, biz zəmanət öhdəliklərimizi yerinə yetirməmişik. Həmişə hər bir müştəriyə hətta zəmanət müddəti bitdikdən sonra imkan daxilində maksimal köməklik etməyə çalışmışıq. Buna tam əminliyimizin səbəbi ondan ibarətdir ki, Volkswagen AG yerlərdə olan servislə müştərini üz-üzə qoymur. Bu da o deməkdir ki, servis rəsmisi zəmanətə aid olan hissəni dəyişməklə özünə heç bir ziyan vurmamaqla yanaşı, avtomobil sahibinə kömək etmiş olur. Çünki, həm ehtiyat hissəsini, həm də işçilik məsrəflərini istehsalçı qarşılayır.
O ki qaldı “şişirdilmiş ziyan ittihamlarına” – onlar əsassızdır! Müstəqil qiymətləndirmə şirkətləri var. Və bu tipli ittihamlar irəli sürənlər hər bir qəzaya uğramış avtomobil üçün tərtib etdiyimiz qüsur aktını ekspertizaya həmin qiymətləndirmə şirkətlərinə göndərə bilərlər".
Asif Rzayev əlavə etdi ki, burada başqa bir məqam ortaya çıxır – təmir üsulları və istifadə olunan hissələr:
"Servisimizdə bütün təmir işləri istehsalçı zavod tərəfindən tərtib olunmuş texniki reqlament əsasında aparılır. Bu reqlament avtomobilin tam saz vəziyyətini, onun sərnişinlərinin,əlavə olaraq da nəqliyyat hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin edir. Əgər reqlament üzrə zədələnmiş hissə dəyişməlidirsə, biz onu dəyişirik, təmir etmirik. Bu da məsrəfi artıra bilər. Amma müştərilər də başa düşməlidir ki, bu ilk növbədə onların təhlükəsizliyidir.
Məsələn, “orta dayaq” deyilən ban hissəsi yandan zərbə zamanı sürücü və sərnişinləri qoruyur. Reqlamentə əsasən həmin “dayaq” deformasiyaya məruz qalarsa dəyişməlidir. Çünki, təmir olunduğu halda artıq öz ilkin xüsusiyyətlərini və dayanıqlığını itirir. Bu isə təkrar qəza zamanı sürücü və sərnişinlərin həddindən artıq zədə almasına gətirə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















