Yapı Kredi müştərilərinə 16 min manat hədiyyə edəcək
(®) Yapı Kredi Bank Azərbaycan Worldcard müştəriləri üçün möhtəşəm kampaniyaya start verir. Kampaniyada ümumilikdə 16,152 AZN 8 nəfər qalib arasında bölünəcək və hər birinə 2019 AZN hədiyyə ediləcək.
Hər zaman müştərilərini düşünən Yapı Kredi, Worldcard müştərilərinin Yeni illərini daha sevinclə qarşılamaları üçün 26 Noyabr-23 Dekabr tarixlərində qazandıran kampaniyaya start verir. Qalib olmaq üçün iki yol var.
1.26 Noyabr-23 Dekabr tarixlərində hər həftə bir nəfər 2019 manat qazanacaq. Bunun üçün həftə ərzində Worldcard Partnyor Mağazalarında 20,19 manat (iyirmi manat, 19 qəpik) və üzəri ən çox saydda alış-veriş etmək gərəklidir. Hər həftə bir nəfər olmaqla, ümumilikdə 4 nəfər qalib elan ediləcək.
2.Ən çox alış-veriş edə bilməyənlər isə, www.2019manatqazan.com saytına daxil olub, suallara cavab verib, həftə ərzində ən çox xal toplayaraq 2019 manat qazana biləcəklər. Qalib olmaq üçün həmin həftə ən az 1 (bir) dəfə Worldcard Partnyor Mağazalarında 20,19 manat (iyirmi manat, 19 qəpik) və üzəri alış-veriş etmək mütləqdir.
Qeyd edək ki, 2019 manat qalib elan edilmiş Worldcard sahiblərinin balanslarına bal şəklində yüklənəcək. Qazanılan ballarla Worldcard Partnyor Mağazalarında pulsuz alış-veriş etmək mümkün olacaq.
Kampaniya haqqında ətraflı məlumatı *0444 Yapı Kredi Telefon Mərkəzindən və ya www.worldcard.com.az, www.2019manatqazan.com internet səhifələrindən əldə etmək mümkündür.
Nəzərinizə çatdıraq ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
“İran razılaşmasa, daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”
-
2 saat əvvəl
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
-
3 saat əvvəl
Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib
-
3 saat əvvəl
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
Ən çox oxunanlar
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq















.jpg)










