"Böyük 40 manata, kiçik isə 25 manata satılır"
Astaranın Pensər kəndi qədim tarixə malikdir. Bu kənd tarixi ilə yanaşı, sakinlərinin peşəsi ilə də məşhurlaşıb. Bu peşə isə ağır zəhmət tələb edən təndir düzəldilməsidir. Hətta kənddə qədim tarixə malik “Təndirkəsənlər” məhəlləsi də var. Məhəllə sakinlərinin hamısı eyni peşənin sahibləridir - saxsı materialdan təndir düzəldirlər və gündəlik qazanclarını düzətldikləri təndiri satmaqla əldə edirlər.
Pensər kəndinin ustalarının düzəltdikləri təndirlər digərlərindən fərqlənir. Sarı gil və narın çay qumunun qarışığından hazırlanan bu təndirlər nazik və yüngül olması ilə diqqəti cəlb edir.
Kənddə təndir düzəldən ailələrdən biri də Elşən Hüseynovun ailəsidir. Təndirçinin sözlərinə görə, əvvəllər babası, sonra atası, indi isə özü ailəsi ilə birlikdə təndir hazırlamaqla çörək pulu qazanır: “Azərbaycanda bir dənə təndir məhəlləsi varsa, o da bizim məhəllədədir. Bizim atamız, babamız da bu işlə məşğul olublar. Ona görə əvvəldən də elə bu məhəllədə təndir düzəldənlər məskunlaşıb. Bizim çörəyimiz təndirdən çıxır”.
Təndiri yayda iki günə hazır etmək mümkündür, qışda isə bu iş bir həftəyə başa gəlir. Ölçüləri sifarişçinin istəyindən asılı olaraq dəyişir. Böyük təndir 40 manata, kiçik təndir isə 25 manata satılır. “Müxtəlif növ torpaqlar olur - qara, qumlu... Təndiri isə sarı palçıqdan düzəldirik. O, da əziyyətlə tapılır”, - deyə usta bildirib.
“Təndirkəsənlər” məhəlləsində böyükdən tutmuş kiçiyə kimi hər kəs bu işlə sevə-sevə məşğul olur. Gənc usta sevinir ki, gələcəkdə bu sənətini ailəsində davam etdirən var: “Bir oğlum var. Görürəm ki, onun da bu işə həvəsi var. Bu sənət çox güman ki, itməyəcək, davam edəcək”.
Pensər kəndində 50-dək ailə dolanışığını təndir hazırlayıb satmaqla təmin edir. Çörəyini təndirdən çıxaran bu sənətkarlar ölkənin müxtəlif rayonlarından da sifarişlər alırlar.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















