Avro Bölgəsində inflyasiya 2018-dən bəri ilk dəfə 2%-ə çatdı - YENİLƏNİB
İşsizlik həddi ötən aya nisbətən azalıb, 2020-ci illə müqayisədə yüksəlib.Avropa İttifaqının rəsmi statistika qurumu - Eurostat cari ilin may ayı üzrə bəzi iqtisadi göstəriciləri açıqlayıb. Marja qurum rəsmilərinə istinadla xəbər verir ki, Avro Bölgəsində inflyasiya koronavirus məhdudiyyətlərinin ləğv edilməsinə başlanması və artan tələblə 2%-ə yüksələrək, 2018-ci ilin oktyabrından bəri ilk dəfə Avropa Mərkəzi Bankının proqnozlarını üstələyib.
Əsas komponentlər içərisində enerji qiymətləri ən çox - 13,1% (apreldə 10,4%) artıb. Xidmət sektorunun qiymətləri 1,1% (apreldə 0,9%), qeyri-enerji sənaye malları 0,7% (apreldə 0,4%) bahalaşıb, ərzaq, alkoqol və tütün məmulatları sabit qalıb - 0,6%. Baza inflyasiya mayda 0.8%-dən 0.9%-ə yüksəlib. Avropanın ən böyük iqtisadiyyatları olan Almaniya, İspaniya və İtaliya xərclərin yüksəldiyini bildirib.
Apreldə 1,6% təşkil edən illik inflyasiya göstəriciləri yeni rekordu təzələməklə rəsmiləri çətin vəziyyətdə qoyub: yumşaq fiskal-monetar siyasətini davam etdirmək, yoxsa “kəmərləri sıxmaq”? Mərkəzi bankın idarəetmə şurası gələn həftə monetar siyasətə dair yeni qərarlar verilməsi məqsədilə toplanacaq. Avropa İttifaqı rəsmiləri, o cümlədən Mərkəzi Bankın sədri Kristin Laqard inflyasiya artımının müvəqqəti xarakter daşıdığını və növbəti ildən sabitləşəcəyini bildirsə də, investorlar fiskal-maliyyə şərtlərinin dəyişəyəcindən narahatdır.
Apreldə 8,1% təşkil edən işsizlik səviyyəsi may ayında nisbətən azalıb - 8%.
XXX
Avro Bölgəsində inflyasiya keçən ay 2018-ci ildən bu yana ilk dəfə Avropa Mərkəz Bankının hədəfinə çatıb.
Marja xəbər verir ki, Avro Bölgəsində inflyasiya koronavirus məhdudiyyətlərinin ləğv edilməsinə başlanması və artan tələblə 2 ildən çox müddətin ən yüksək səviyyəsinə yüksəlib.
May ayında istehlakçı qiymətləri illik müqayisədə 2% artıb. Bu, iqtisadçıların proqnozundan yüksəkdir.
İnflyasiya hədəfə çatsa da bu artımın müvəqqəti olduğu və uzunmüddətli olmayacağı bildirilir. Avropa Mərkəzi Bankı daha əvvəlki şərhində qiymət artımlarına "təmkinli" yanaşdıqlarını bildirmişdi.
Baza inflyasiya Mayda 0.8%-dən 0.9%-ə yüksəlib. Avropanın ən böyük iqtisadiyyatları olan Almaniya, İspaniya və İtaliya xərclərin yüksəldiyini bildirib.
Avro Bölgəsi iqtisadiyyatı kafe, restoran və mağazaların açılması ilə toparlanır. Bölgədə işsizlik nisbəti Aprel ayında 8%-ə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
18 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
27 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib






.jpg)






.jpg)






