Mikayıl Cabbarov Ziraat Bankın baş direktoru ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, Ziraat Bankın baş direktoru Alpaslan Çakarla görüşüb.
İqtisadiyyat naziri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, ölkəmizin investiya cəlbediciliyini, işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialını, zəngin təbii resurslara malik olduğunu diqqətə çatdırıb, biznes üçün geniş imkanları vurğulayıb.
Bildirilib ki, Türkiyə Banklar Birliyi və Ziraat Bankı ilə uğurlu əməkdaşlıq edilir və bu tərəfdaşlıq çərçivəsində 2019-cu ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ziraat Bank Azərbaycan” ASC və “Türk Eximbank” arasında əməkdaşlığa dair üçtərəfli Niyyət Protokolu, həmçinin KOBİA və Türk Katılım Bankları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Nazir Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsində bank sektorunun rolunu qeyd edib, Bankla əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, Ziraat Bankın baş direktoru Alpaslan Çakar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb, Bankın əlaqələrin genişləndirilməsində marağını ifadə edib.
Tərəflər Ziraat Bankın Azərbaycandakı fəaliyyəti, ticarət və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)


