EKVİTA ölkə xaricində daha bir tenderin qalibi elan olundu
Azərbaycanın EKVİTA şirkəti "Fərqanə Vadisi Kənd Müəssisələrinin İnkişafı Layihəsi" tenderində qalib olub.EKVİTA Özbəkistanda Dünya Bankının ayırdığı kredit əsasında həyata keçiriləcək “Fərqanə Vadisi Kənd Müəssisələrinin İnkişafı” layihəsinin tenderində qalib elan olunub.
Şirkətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, layihənin əsas məqsədi Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində Fərqanə vadisində sahibkarlığın genişləndirilməsinə və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.
EKVİTA layihə çərçivəsində Fərqanə vadisində inkubasiya və akselerasiya ekosisteminin təşviqinə, eyni zamanda gənc startapçılara sahibkarlıq üzrə mentorluq və lazımi yardımın göstərilməsi ilə yanaşı potensial texnoloji startaplar üçün dəstəkləyici maliyyələşdirmə proqramlarının hazırlanmasında İnnovativ İnkişaf Nazirliyi və digər müvafiq qurumlara dəstək göstərəcəkdir.
Müddəti 36 ay olacaq layihə müvafiq qurumlar ilə birlikdə 100-dən çox startapı hədəf alacaqdır.
Qeyd edək ki, "EKVİTA" şirkəti hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Özəl sektordakı müştəriləri sırasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”də yer alan şirkətlər yer alıb. Müxtəlif dövlət layihələri ilə yanaşı, "EKVİTA" həmçinin, Avropa Komissiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak edib.
"EKVİTA"nın aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




