Mazda Rusiyada istehsalı dayandırmağı düşünür
Mazda tədarük zənciri problemləri fonunda Rusiyanın Vladivostok şəhərindəki zavodda avtomobil istehsalını tamamilə dayandırmağı düşünür.
Marja xəbər verir ki, bu barədə şənbə günü Nikkei məlumat yayıb.
Nəşr qeyd edir ki, Mazda avtomobilləri Sollers ilə birgə müəssisədə istehsal edir. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda istehsal azaldılıb və indi Yaponiya şirkəti birgə müəssisədən tamamilə çıxmağı düşünür.
Nəşrin məlumatına görə, Rusiyada avtomobillərin satışının dayandırılması və ya onlara texniki qulluq göstərilməsinə dair qərar hələ qəbul edilməyib.
Cümə günü Yaponiyanın "Toyota Motor" şirkəti Sankt-Peterburqda montaj sahəsinin bağlandığını elan edərək, işçilər qarşısındakı bütün öhdəlikləri yerinə yetirəcəyini və kompensasiya ödənişlərini təmin edəcəyini vəd edib. Şirkət həmçinin Toyota və Lexus avtomobilləri üçün satışdan sonra xidmət göstərəcəyini və diler şəbəkəsini saxlamağı vəd edib.
Mart ayında Toyota Sankt-Peterburqdakı zavodun işini komponentlərin tədarükündə fasilələr səbəbindən dayandırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
18 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
21 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
24 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb